İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Ayaz Ələkbərova bağçılığın inkişafı layihəsi üzrə 615 min manat güzəştli kredit verib.
Axar.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Tvitter hesabında bildirib.
Onun sözlərinə görə, Qusarda icra olunacaq layihə hesabına 21 yeni iş yerinin yaradılması nəzərdə tutulub.