“Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara dövlət yardımının ödənilməsi üçün “Kapital Bank” ASC-də hesablar açılacaq. Bu barədə iş adamları ilə görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib. Onun sözlərinə görə, bundan sonra sahibkarlara plastik kartlar veriləcək.