Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 75 milyon 972.49 min dollar dəyərində 79 min 114.66 ton meyvə-tərəvəz ixrac olunub.
Musavat.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, meyvə-tərəvəz ixracı ümumi ixracatda 2.41 faiz paya sahib olub.
Qeyd olunan dövrdə Azərbaycana 36 milyon 359.98 min dollar dəyərində 70 min 70.10 ton meyvə-tərəvəz idxal olunub.
Ötən ilin eyni dövründə Azərbaycandan meyvə-tərəvəz ixracı 58 milyon 418.59 min dollar dəyərində 57 min 273.12 ton, idxalı isə 29 milyon 546,41 min dollar dəyərində olmaqla 61 min 86,11 ton təşkil edib.
Bu ilin iki ayında ölkədən xaricə 17 milyon 808.86 min dollar dəyərində 15 min 68.95 ton tomat(pomidor), 25 milyon 104.57 min dollar dəyərində 4 min 781.22 ton meşə fındığı, 9 milyon 791.52 min dollar dəyərində 23 min 320.35 ton alma, 17 milyon 484.13 min dollar dəyərində 23 min 046.26 ton xurma ixrac edilib.