Martın 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

Dövlətimizin başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşüb.

Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki Forumda qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-FREYBERQA ziyafətdə çıxış edərək deyib:

- Zati-aliləri, cənab Prezident.

Prezidentin qonaqları, Zati-aliləri xanımlar və cənablar.

Biz VII Bakı Qlobal Forumuna yüksək notda başladıq. Bu Forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü Forumda cənab Prezidentin nitq söyləməsi bizə böyük şərəf vermişdir. Hesab edirəm ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sizlərin bir çoxu bunu böyük məmnunluqla kəşf etmisiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azərbaycana gələn çoxlu dostlarımız var. Prezident İlham Əliyevə cansağlığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin komandası adından xüsusi minnətdarlıq əlaməti olaraq biz Prezidentə çox xüsusi bir hədiyyəni təqdim etmək istəyirik. Ukraynalı rəssam sizin də sevdiyiniz dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindən bir əsər yaratmışdır. İstərdik ki, bu hədiyyəni bizim bütün komandamız adından Sizə təqdim edək.

Hədiyyə dövlətimizin başçısına təqdim edilib.

Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək deyib:

-Belə dəyərli hədiyyəyə görə çox sağ olun xanım Prezident, cənab Serageldin. Bir daha verdiyi töhfələrə görə həmsədrlərə, bizim inanılmaz həmsədrlərə, xanım Prezident Vike-Freyberqaya və cənab İsmayil Serageldinə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər bunun haqqında danışdım və hər gün bunun haqqında danışa bilərəm, çünki bu, həqiqətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı qlobal beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim Forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu Forumun dünya xəritəsində çox mühüm yeri var və Forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu Forumun daha da genişlənmək potensialı var. Bu Forumun dinamizmi var, bu Forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu Foruma əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu Forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, Forumu həqiqətən cəlbedici və məhsuldar edən panellərdə çox qızğın diskussiyaların aparılmasına, fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük. Forumda müntəzəm iştirak edən insanlar, dövlət başçıları, sabiq dövlət başçıları var. Eyni zamanda, Azərbaycana ilk dəfə səfər edən yeni dostlarımız var. Hesab edirəm ki, bu birlik ruhu Forumumuzun ən əsas özəlliklərindən biridir. Əminəm ki, Azərbaycana ilk dəfə səfər edənlər ölkəmizə yenidən qayıtmağı qərarlaşdıracaqlar. Biz həmişə yeni dostları görməyə və köhnə dostlarımızı qarşılamağa şadıq. Beləliklə, hamınıza uğurlar arzulayıram. Bizimlə bir arada olduğunuz üçün çox sağ olun. Forum həmişə bizim hamımız üçün dinamik, intellektual bir platforma olacaq. Çox sağ olun.

Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Xatırladaq ki, Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

           

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır