Natiq Cəfərli: “Azərbaycanın aid olduğu resurs ölkələrində bayram günlərinin çoxluğu iqtisadiyyatda hansısa fəsad yaratmır”

Bir neçə gündən sonra Azərbaycanda Novruz bayramı tətilləri başlayacaq. Belə ki, ölkə hökumətinin qərarı ilə ölkədə bir həftə ardıcıl iş olmayacaq.

Yeddi günlük bayram tətili kifayət qədər uzun müddət deməkdir. Nəzərə alsaq ki, Azərbaycan rəsmi bayramların sayına görə (18 bayram) dünyada öncül yerlərdən birini tutur, onda bayramlara görə verilən tətillərin iqtisadiyyata təsirlərini qiymətləndirməyə ehtiyac yaranır. Ölkə iqtisadiyyatı qeyri-iş günlərinin çoxluğundan hansı itkilərə məruz qalır? Bu tətillər hansı işçilər və işəgötürənlər üçün sərfəli, hansılar üçün sərfəli deyil?

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, təbii sərvətlərin bol olduğu ölkələrdə adətən bayram günlərinin sayı çox olur: “Postsovet məkanında Rusiyada, məsələn, Yeni il bayramında 11 günədək, may ayında 13 günədək qeyri-iş günü olur. Yəni Azərbaycanın da aid olduğu, resurs ölkələrində bayram günlərinin say çoxluğu iqtisadiyyatda hansısa ciddi fəsad yaratmır”.

Похожее изображение

Ekspertin sözlərinə görə, bayram günlərində ölkə büdcəsinin gəlirlərinin əsas mənbəyi olan neft sektorunda işlər dayandırılmır: “Bu sektorda növbəli iş rejimidir, bayram günlərində işə görə işçilərə əlavə vəsait ödənir, yəni fasiləsizlik təmin olunur. Bu baxımdan, əgər dövlət büdcəsinin 50 faizi birbaşa Dövlət Neft Fondundan transfert olunursa, qalan büdcə gəlirlərinin formalaşmasında bu sektor hərəkətverici rola malikdirsə, bu zaman yeddi günlük bayramlar iqtisadiyyatda hər hansı ciddi problemlərə gətirib çıxarmır. Əsas problem bank sektoru ilə bağlı yaranır: uzunmüddətli dövrdə bank köçürmələrini həyata keçirmək mümkün olmur ki, bu da iş adamlarına, özəl sektora problemlər yaradır. Banklar bayram günlərində yalnız valyutadəyişmə funksiyasını icra edirlər”.

N.Cəfərli qeyd edir ki, inkişaf etmiş və iqtisadiyyatı diversifikasiya olmuş ölkələrdə belə uzunmüddətli tətillərə az rast gəlinir: “Avropada bayram günlərinin sayı məhdud olur. Amma bu ölkələrdə əmək məzuniyyəti günlərinin sayı çox olur. İşçilər məzuniyyət müddətini bir neçə dəfəyə bölüb istədikləri zaman götürə bilirlər. Yəni istədikləri səviyyədə dincələ bilirlər. Azərbaycanda isə dincəlmək imkanları, bunun üçün müvafiq infrastruktur formalaşmayıb deyə bir həftə ərzində insanlar bilmirlər neyləsinlər”.

Картинки по запросу Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun bildirdiyinə görə, dünyada və Avropada ən uzunmüddətli tətil günləri Milad bayramı ərəfəsində qeydə alınır: “Lakin Avropada bayram bütün təbəqələri əhatə edir. Yalnız həyati əhəmiyyətli strukturlarda(səhiyyə, nəqliyyat və sair) işin fasiləsizliyi təmin olunur. Bu zaman işçilərə bayram günlərində işlədiklərinə görə əlavə ödənişlər edilir. Bu ölkələrdə bayram tətillərinin səmərəli keçirilməsi üçün bütün zəruri infrastruktur formalaşdırılıb, ənənələr var. Bizdə isə belə bayramlar kiçik bir hissəni çıxmaq şərtilə, əksəriyyət üçün diskomfort yaradır: özəl sektor, qeyri-formal iş yerləri fəaliyyətini davam etdirir. Dövlət orqanları, məhkəmələr, banklar işləmir deyə insanlara problemlər yaranır. Əhalinin böyük hissəsi isə normal istirahət edə bilmir. Çünki əvvəla, ölkədə istirahət ənənəsi formalaşmayıb, ikincisi isə ölkə daxilində belə istirahət çox baha başa gəlir. Nəticədə, insanlar oturub gözləyirlər ki, iş nə vaxt başlayacaq”.

Qeyd edək ki, Avropa Birliyinə daxil olan ölkələrin çoxunda rəsmi tətil günlərinin sayı orta hesabla 10 gündür. Lakin bəzi üzv ölkələrdə istisnalar da var. Məsələn, İspaniya ildə 16, Yunanistan isə 15 rəsmi tətil günü keçirir. Hollandiya və Rumınya tətil mövzusunda ən şanssız ölkələr sırasındadır. Onlar ildə cəmi 9 gün  tətil edir. Avropa ölkələrinin rəsmi tətil günləri isə belədir: Fransa 10 gün, Rusiya 12 gün, İngiltərə 8 gün, Finlandiya 10 gün, Danimarka 9 gün, İsveçrə 9 gün.

Amerikada isə rəsmi tətil günlərinin sayı 10-dur. Amerikada rəsmi tətil olaraq dini günlər Avropa ölkələri ilə müqayisə aparıldıqda daha az yer alsa da, milli bayramların çoxluğu nəzərə çarpır. Ayrıca, eyni qitədə yer alan Braziliya 10, Meksika 7, Argentina 12 rəsmi bayramı qeyd edir.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır