![]() |
![]() |
Bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Məsələ Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında müzakirə edilərək qəbul edilib və baxılması üçün pelnar iclasa tövsiyyə edilib.
“Nağdsız hesablaşmalar haqqında” qanuna nəzərdə tutulan dəyişiklik barədə deputatlara məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk olaraq qanuna edilən dəyişikliyin əhəmiyyətini qeyd edib. Bildirib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır.
Müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verən komitə sədri vurğulayıb ki, qanuna təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.
Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söyləyiblər.
Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ arasındakı razılaşma çərçivəsində neft istehsalını 1,6 milyon barel azaltmağı qəbul edəcək.
Bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Rusiya Energetika Nazirliyinin adı açıqlanmayan rəsmisi 2020-ci ilin ilk rübü üçün bu azalmanın 14% olacağını bildirib.
Bu yenilikdən sonra neftin qiymətində yüksəliş gözlənilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC və Rusiya liderliyindəki bəzi OPEC+ ölkələri arasında ədalətli razılaşma əldə olunması üçün çağırış etmişdi. Bundan sonra ölkələr arasında 9 apreldə videokonfrans yolu ilə toplantı keçirilməsi planlaşdırılmışdı. (publika.az)
Deputatlar ilk məsələ kimi Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsini müzakirə etdi.
Müzakirlərin yekunu olaraq deputatlar E. Rüstəmovu növbəti 5 il üçün Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediblər.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənədin 1.1-ci bəndinə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilib.
Həmin bənddə yazılırdı ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.
Bundan sonra isə Agentlik müvafiq sahədə təminatlar da verəcək.
Sənədin 2.0.3-cü yarımbəndinə isə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə olunub.
Sənədin əvvəlki variantında qeyd olunurdu ki, aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər vermək Agentliyin fəaliyyət istiqamətidir.
Prezidentin fərmanı ilə edilən dəyişikliyə əsasən isə, 2.0.3 yarımbəndində nəzərdə tutulan kreditlərə təminat da verilməsi vurğulanıb.
Sənədə aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilib:
“Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək”.
“Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq”.
Bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:
“Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur”.
S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.
Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.
Bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.
Belə ki, 300 min nəfəri əhatə edəcək muzdla çalışan işçilərə 215 manat vəsait ayrılacaq.
Oxu.az xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı müəyyənləşib.
Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların, digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və səpələyənlərin hissələri ƏDV-dən azad edilib.
Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün işlənmiş yükləyici qurğuların, digər yükləyici qurğuların hissələri də siyahıya daxil edilib.
Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınlarının hissələri də ƏDV-dən azad edilib. Lakin qazon və idman meydançaları üçün katokların hissələri istisna təşkil edir, yəni onlar bu siyahıda yer almır.
Pres toplayıcılar, saman, quru ot üçün taybağlayan preslər də daxil olmaqla, kənd təsərrüfatı bitkilərinin yığılması, döyülməsi üçün maşınlar, mexanizmlər; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, kalibrlənməsi üçün maşınların hissələri ƏDV-dən azad olunan malların siyahısına düşüb.
Qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisnadır.
Azərbaycan İqtisadiyyat Nazirliyindən verlən məlumata görə, bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.
1. Pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə):
Fəaliyyət sahəsi İşçi sayı, min nəfər
Cəmi: 304,6
Sənaye 78,8
Ticarət 106,4
Xidmət 87
Nəqliyyat 7,8
Digər 24,6
Qeyd: Bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.
2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə):
Bölgü Vergi ödəyicisin sayı İşçi sayı, min nəfər
Fərdi sahibkarlar 248,5 53,7
Digər mikro sahibkarlar 43,9 3,3
CƏMİ 292,4 57,0
3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı:
· Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi.
· Müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar.
· Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar.
· İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi.
· Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi.
· Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi;
· 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması.
· Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması.
· Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi).
· Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi.
· Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması.
· Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.
4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat): • Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi. • Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması.
• Zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması. • Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması.
5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat): • Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq).
• Bunun üçün xüsusi vəsaitin ayrılması.
• Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi.
6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket:
• Sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması.
7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı:
• Xüsusi vəsaitlərin ayrılması.
8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı:
• Əlavə vəsaitlərin ayrılması.
9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı:
• Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması.
10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı:
• Xüsusi vəsaitlərin ayrılması
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.
"Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək", - V.Qasımlı qeyd edib.
Belə bir təkliflə deputat Razi Nurullayev çıxış edib.
Onun sözlərinə görə, insanlar koronavirusla bağlı tətbiq edilən karantin rejimi ilə evdə olduğundan işləmirlər.
“Ona görə də hesab edirəm ki, kommunal xidmətlər, xüsusən də qaz, su və digər xidmtələrə görə ödənişlər dayandırılmalıdır. Bundan əlavə olaraq mən banklarda da olan kreditlər dondurulmalıdır”- deputat bildirib.