Bakıda 2027-ci ilə qədər daha 11 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ Bakı şəhərinin Baş Planında da nəzərdə tutulub: “Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemində bu məsələ nəzərə alınıb. Bakının Baş Planına uyğun olaraq metropolitendə də xətlərin bir-birindən ayrılması nəzərdə tutulub. Xətlərin ayrılması üçün də mütləq şəkildə “Şah İsmayıl Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan və “Koroğlu” stansiyasından “Dərnəgül” stansiyasına qədər olan hissələr inşa olunmalıdır”.

B.Məmmədov qeyd edib ki, ümumilikdə, 2027-ci ilə qədər 11 metro stansiyasının inşası nəzərdə tutulub: “Həmin dövrdə “İçərişəhər” stansiyasından sonra 2 yeni stansiyanın da inşası planlaşdırılıb. Çünki xətlər bir-birindən ayrılanda hər bir xətdə müstəqil hərəkət təşkil olunmalıdır. Müstəqil hərəkətin də intensivliyi üçün “İçərişəhər” stansiyasından sonra dönmə kamerası olan 1 stansiya olmalıdır. Xətlərin ayrılması üçün “Yaşıl xətt” üzrə “Şah İsmayıl Xətai” və “Dərnəgül” stansiyalarından sonrakı xətlərin tikintisi vacibdir. Yəni “Dərnəgül” stansiyasından sonra 3, “Şah İsmayıl Xətai” stansiyasından sonra isə 4 stansiyanın inşası mütləqdir”.

Cebhe.info

Azərbaycandan İrana sərnişin qatarı işə düşdü

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.

 "Report" xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.

Bakıda bu yollara asfalt salınır

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmir işləri davam etdirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 180 min kv.m-ə yaxındır.

Bu, Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbirstanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

 




 

Ötən gündən etibarən kirayə yolla satılacaq evlərin siyahısı açıqlanıb. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Diqqət çəkən məqamlardan biri də, mənzillərin qiymətinin Bakının ərazisindən asılı olmayaraq, eyni olmasıdır.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məsələ ilə bağlı Axar.az-a açıqlamasında bu qiymətləri təyin edən qurumun İpoteka və Kredit Zəmanəti Fondu olduğunu bildirib. Eksper qeyd edib ki, Bakının fərqli yerlərində qiymətlər eyni ola bilməz və bu, absurd yanaşmadır:

“Göstərilən qiymətlər ilkin məlumatlardır və nisbi xarakter daşıyır. İpoteka fondundan qeyd ediblər ki, qarşıdakı günlərdə, hətta ola bilsin sabah yekun qiymətlərlə bağlı məlumat veriləcək. Biz də gözləyirik ki, qiymətlərlə bağlı dəyişikliklər olacaq. Çünki Bakının fərqli yerlərində qiymətlər eyni ola bilməz. Qiymətlərin bazar qiymətlərindən yuxarı olması isə başadüşülən haldır. Çünki İpoteka Fondu aldığı mənzilləri yerləşdirdiyi istiqrazlar hesabına maliyələşdirir. Bu, bir növ İpoteka Fondunun xərçidir. Yenə də düşünürük ki, qiymətlərdə dəyişikliklər olacaq və xüsusən də Bakıətrafı mənzillərdə bu dəyişim əhəmiyyətli dərəcədə hiss olunacaq”.

Qeyd edək ki, sözügedən mənzillərin ilkin qiyməti açıqlanıb və ərazidən asılı olmayaraq 1 850 manat civarındadır. Məsələn, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 21 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a  verilən məlumata görə, yanvarın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8868 manat təşkil edir.

1 türk lirəsi 0.2870 manat, 1 rus rublu 0.0276 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5907 manatdır.

Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilərTürkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək.

"Ölkə.Az" bildirir ki, bunu trend-ə Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd olunub ki, bütün bunlarla yanaşı, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşıq da daha aktiv şəkildə həyata keçiriləcək.

"Elmi-tədqiqat və texnoparklar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əlaqələrin genişlənməsi ilə yanaşı, təcrübə mübadiləsi üçün də önəmlidir", – deyə nazirlikdən bildiriblər.

Məlumata əsasən, 2020 və 2022-ci illər çərçivəsində texnoparklar arasında təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlər təşkil olunacaq.

“Azərsun Holding” məhsullarının 80 faizinin qiymətinin artmasına rəsmi münasibət bildirib.

Şirkət “Azərsun Holding” məhsullarının qiymətini BAHALAŞDIRDI” başlığı ilə yayımlanan məqaləyə belə açıqlama gətirib:

““Qiymət artımı” ilə bağlı xəbərlə bağlı bildirmək istəyirik ki, dünya birjalarında qiymətlərin dəyişməsi ilə əlaqədar məhsulların qiymətlərində optimallaşdrma həyata keçirilir.

Dünya bazarlarında xammalın qiymətində dəyişiklik olduqda tək “Azərsun Holdinq” deyil, bütün şirkətlər qiymətlərini buna uyğun tənzimləyir. Şirkətlər Qrupu tərəfindən bəzi yağ məhsullarının qiymətinin artırılması dünyada xammalın bahalaşması ilə əlaqədardır.

Bundan əlavə, bəzi məhsullarda qiymət artmı qeydə alınsa da, digər məhsulların qiymətlərində ucuzlaşma baş verib.

“Qiymət artımı” barədə xəbərləri yayımlayan mətbu orqanlar daha doğru olar ki, monitorinq edərkən bu məhsulların da qiymətlərinə habelə dünya bazarında baş verən dəyişikliklərə də nəzər yetirsinlər və obyektiv olsunlar”. /Unikal.org/
Bakı metrosundan istifadə edənlərə"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu il metro tunellərində havalandırmanı yaxşılaşdırmaq üçün daha 16 müasir ventilyator alacaq.

"Ölkə.Az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni ventilyatorlar bu ilin fevral-mart aylarında Bakıya gətiriləcək:

"Gətiriləcək 16 ventilyatorun 10-u "qırmızı" və "yaşıl" xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Qalan 6 ventilyator isə "Bənövşəyi" xətt üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam yekunlaşıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bitki mənşəli yağlara dair sanitar norma və qaydalar hazırlayıb.
 
Turkustan.info-nun məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.
 
Onun sözlərinə görə, hesabat dövründə qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib.
 
AQTA sədri bildirib ki, yoxlamaların 594-ü planlı, 419-u isə plandankənar olub: “Nəticədə 2.2 ton qida məhsulu zərərsizləşdirilib, 208.5 ton və 9734 litr qida məhsulu məhv edilib. İdxal nəzarəti zamanı isə əlavə 239 ton qida məhsulu məhv edilib. 545 inzibati cərimə, 14 şərti cərimə və 30 xəbərdarlıq barədə qərar qəbul olunub, 32 3700 manat inzibati cərimə tətbiq olunub”.
 
Q.Təhməzli əlavə edib ki, “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal-ixrac əməliyyatlarının, laborator müayinələrin təhlili nəticəsində ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib. Bu problemlər üzrə “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella, “Çiy süd və süd məhsullarında Brucella” üzrə risk profilləri hazırlanıb:
 
“Qida məhsullarının tərkibində trans yağ turşularının miqdarının minimuma endirilməsi məqsədilə trans yağ turşularının elmi risk qiymətləndirilməsi aparılıb. Bitki mənşəli yağlara dair sanitariya norma və qaydalarının layihələri hazırlanıb. Yaxın gələcəkdə qəbul ediləcək bu norma və qaydada bitki mənşəli yağlarda trans yağların kütlə payının 2 faizdən çox olmaması (hazırda 8 faizdir) ilə bağlı tələb öz əksini tapacaq”.
Azərbaycan nefti yenidən bahalaşdıAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,83 dollar, yaxud 1,24% artıb.

"Ölkə.Az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,04 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.