“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini 2002-ci il təvəllüdlü Röyal Tağıyev tanışı, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək od vurub. Qadın yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində T. Məmmədovanın bədəninin 70-80 faizi 3A dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.