Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.