Göyçayda fəhlə hündürlükdən yıxılıb.
Göyçay rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 13-ü saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Teyyub Adil oğlu Əmirovun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.