Müğənni Nüşabə Musayeva ilə rəqsi ilə gündəmi zəbt edib.
Məlum olub ki, müğənniylə rəqs edən şəxs rəqqas Etibar Quliyevdir.
Məsələylə bağlı AZXEBER.COM-a danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib: "Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb.
O deyib ki nazir müavini təqdim edilməsindən çox narahatdır: "Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb".