![]() |
![]() |
Şəkidə quyuya düşən şəxs xilas olunub.
“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 6 metr olan kanalizasiya quyusundan vətəndaşı çıxaraq aidiyyətı üzrə təhvil veriblər.