Ermənistanın yaxın gələcəkdə Avropa Birliyinə (AB) inteqrasiya istiqamətində hüquqi addımlar atması real görünmür.

Bu proses əsasən siyasi bəyanatlardan ibarətdir, praktik nəticələri yoxdur. Gürcüstan təcrübəsi və mövcud geosiyasi vəziyyət İrəvan üçün sürətli inteqrasiyanın əlçatan olmadığını göstərir.

Bu fikirləri Axar.az-a açıqlamasında politoloq Hüseyn İbrahimov deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Avropaya inteqrasiyaya dair açıqlamaları daha çox siyasi manevr xarakteri daşıyır və əsas məqsəd Fransanın və digər qlobal güclərin Ermənistana siyasi dəstəyini qazanmaqdır. Lakin bu yanaşma real nəticələrdən uzaqdır.

Politoloq qeyd edib ki, Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı atacağı istənilən ciddi addım Rusiyanın kəskin reaksiyası ilə qarşılaşacaq:

"AB-yə inteqrasiya istiqamətində real addımlar atılarsa, Rusiya Ermənistana qarşı iqtisadi təzyiqləri və hətta sanksiyaları gündəmə gətirə bilər. Bundan əlavə, ABŞ-ın AB ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Ermənistanın AB-yə üzv olmaq təşəbbüsləri Moskvanın daha sərt mövqe sərgiləməsinə səbəb ola bilər”.

Hüseyn İbrahimov hesab edir ki, Paşinyanın bu prosesdə konkret strategiyası yoxdur:

"Bu, yalnız taktiki gedişlərdir və əksinə, Ermənistanın gələcəkdə möhkəm bir strategiya qurmaq imkanlarını məhdudlaşdıra bilər”.

Bundan əlavə, politoloq vurğulayıb ki, ölkə nə iqtisadi, nə də sosial baxımdan Qərbə inteqrasiya tələblərinə cavab verən vəziyyətdədir.

20 Fevral 2025 ATV yayımı dayandırır
20 Fevral 2025 “Kuruluş Osman”dan ayrılır - FOTO
20 Fevral 2025 Zəngəzur dəhlizi açılmasa, müharibə başlaya bilər - Ağar
20 Fevral 2025 Bakıya sabah da qar yağacaq
20 Fevral 2025 Qurumun adını "institut"dan dəyişib "universitet" edəndə…
20 Fevral 2025 Tramp Stalinin arzusunu yerinə yetirir - Emanuel
20 Fevral 2025 Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...
20 Fevral 2025 Tramp yalnız Trampın müttəfiqi ola bilər - Venediktov
20 Fevral 2025 Bunları etməsək, ABŞ müflis olacaq - Mask
20 Fevral 2025 Trampın Zelenski ilə bağlı çıxışına Medvedyevdən reaksiya...
20 Fevral 2025 Paşinyan həqiqəti dərk və etiraf etdi: Sülh üçün 3 şərt
20 Fevral 2025 Ukraynanı buna məcbur edəcəyik - ABŞ
19 Fevral 2025 DİN-dən sürücülərə çağırış: Bu halda sükana keçməyin!
19 Fevral 2025 Yeni konstitusiyanın qəbul edilməsi vacibdir - Paşinyan
19 Fevral 2025 Putin sülh yox, Ukraynanı işğal etmək istəyir - KİV
19 Fevral 2025 Xəstəxanaya girən 2 metrlik ilan pasientləri DƏLİ ETDİ - VİDEO
19 Fevral 2025 Rusiya Kiyevi məhv etməyə qadirdir, lakin istəmir - Tramp
19 Fevral 2025 Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi
19 Fevral 2025 Texniki ekspertizalar vaxt aparır, gözləyirik… - Lastayev
19 Fevral 2025 Azərbaycana palma yağı haradan gətirilir? - Video
19 Fevral 2025 Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi
19 Fevral 2025 ABŞ-la ilk görüş: gərgin iş başladı - Matviyenko
18 Fevral 2025 "Yanaşma qərəzin bariz nəticəsini açıb ortaya qoyur" - MÜNASİBƏT BİLDİRİLDİ
18 Fevral 2025 Bu gün Yalançı çərşənbədir - Nələr etməıliyik?
18 Fevral 2025 Bu, Rusiya üçün qəbuledilməzdir - Lavrov
18 Fevral 2025 Zelenski Atatürkün məzarını ziyarət etdi - Video
18 Fevral 2025 Bu narkoman Xəzər konsorsiumuna hücum edir
18 Fevral 2025 Tramp DTD-nin yüzlərlə əməkdaşını qovur
18 Fevral 2025 Dayanıqlı inkişaf üçün birgə addımlar
18 Fevral 2025 Bizi nüvə nəhəngi ilə üz-üzə qoydular - Kavelaşvili