![]() |
![]() |
Üç ildir genişmiqyaslı müharibəyə qərq olmuş ölkənin Prezidenti Vladimir Zelenskini diktator adlandırmaq böyük sinizm tələb edir.
Axar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel ABŞ Prezidenti Donald Trampın Vladimir Zelenskini diktator adlandırmasına cavab olaraq deyib.
“Qonşu nüvə ölkəsinin təcavüzünə qarşı üç ildir özünü müdafiə edən ölkədə seçkilərin nə dəyəri ola bilərdi? Ərazinin beşdə biri işğal olunubsa, bütün ölkə hər gün atəşə tutulursa, necə seçki təşkil etmək olar?” - Pavel bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Zelenskini diktator adlandırıb və onu seçki keçirməməkdə ittiham edib.