Zəngəzur dəhlizinin açılması 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli sazişdən qaynaqlanan haqq işidir.

Ermənistan dəhlizin açılmaması üçün əlindən gələni etdi. Bu, son dərəcə risklidir.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar İrəvanın Zəngəzur dəhlizi ilə bağlı dekonstruktiv mövqeyi haqda danışarkən deyib.

O bildirib ki, dəhlizin açılmamasının ağır nəticələri ola bilər:

“Müharibə olub, üçtərəfli saziş imzalanıb və onun tələbinə əməl etmirsiniz, bunun nəticələrini təsəvvür edə bilirsinizmi? Azərbaycan regional və beynəlxalq güclərin məsələ ilə bağlı həssaslığını nəzərə alaraq balanslaşdırılmış, qətiyyətli və həssas bir siyasət yürütdü. Layihənin reallaşması lazımdır, əks təqdirdə çox böyük gərginliklərə və hətta savaşa səbəb ola bilər”.

Abdullah Ağarın sözlərinə görə, bu, təkcə Azərbaycan və Ermənistan arasında olan məsələ deyil, beynəlxalq nəqliyyat əlaqələri ilə bağlı həssas bir mövzudur:

“Dəhliz açılmadığı təqdirdə embarqo davam edəcək. Sonra isə bunun savaşa qədər gedən tərəfi var. İmzalanan sazişin müəddəasını yerinə yetirmir, hiyləgərlik edirsiniz və üstəlik intriqa yaratmağa çalışırsınız. Ermənistan çox təhlükəli oyun oynayır. Ümid edirəm, bunu könüllü şəkildə edər, əks halda bu gərginliyi kimlərsə öz maraqları üçün istifadə edəcək”.

Gürcü politoloq Gela Vasadze isə bildirib ki, Zəngəzur dəhlizində Ermənistan və Azərbaycandan başqa konkret maraqlı tərəflər – Türkiyə, İran və Rusiya da var:

“Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi həm münaqişənin birbaşa iştirakçılarının (Azərbaycan və Ermənistan), həm də əsas regional oyunçuların (Rusiya, Türkiyə və İran) maraqlarına toxunduğu üçün yuxarıda adları çəkilən bütün tərəflər söz sahibi olacaq. Lakin yekun qərar tərəflər arasında aparılan danışıqlardan və kompromislərdən asılı olacaq. Hazırda məsələ açıq qalır və regionda gərginliyə səbəb olur”.

G.Vasadzenin sözlərinə görə, Türkiyə bu koridorda Azərbaycana dəstəyi, iqtisadi investisiyalar və nəqliyyat layihələri ilə təmsil olunacaq:

“Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi və təhlükəsizliyinin təminatçısı kimi iştirak edəcək. Son hadisələrə baxmayaraq, Rusiya bu cür qalmaqda davam edir. Sərhədləri dəhlizə bitişik olan ölkə kimi İranın Cənubi Qafqazda öz maraqları var. İsrail və ABŞ isə Zəngəzur dəhlizində yalnız Azərbaycan və Ermənistanla münasibətlərin ümumi kontekstində maraqlıdır.

Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında daha geniş sülh prosesinin bir hissəsidir. Bu məsələ münaqişənin həllinin digər aspektləri, o cümlədən sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri və regionda təhlükəsizliyin təmin edilməsi ilə sıx bağlıdır. Dəhlizlə bağlı danışıqlar ayrıca bir məsələ deyil, uzunmüddətli sülhə nail olmağa yönəlmiş hərtərəfli dialoqun tərkib hissəsidir”.

20 Fevral 2025 ATV yayımı dayandırır
20 Fevral 2025 “Kuruluş Osman”dan ayrılır - FOTO
20 Fevral 2025 Bakıya sabah da qar yağacaq
20 Fevral 2025 Qurumun adını "institut"dan dəyişib "universitet" edəndə…
20 Fevral 2025 Tramp Stalinin arzusunu yerinə yetirir - Emanuel
20 Fevral 2025 Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...
20 Fevral 2025 Tramp yalnız Trampın müttəfiqi ola bilər - Venediktov
20 Fevral 2025 Bunları etməsək, ABŞ müflis olacaq - Mask
20 Fevral 2025 Trampın Zelenski ilə bağlı çıxışına Medvedyevdən reaksiya...
20 Fevral 2025 Paşinyan həqiqəti dərk və etiraf etdi: Sülh üçün 3 şərt
20 Fevral 2025 Bu halda Kreml İrəvana təzyiqi artıracaq - Politoloq
20 Fevral 2025 Ukraynanı buna məcbur edəcəyik - ABŞ
19 Fevral 2025 DİN-dən sürücülərə çağırış: Bu halda sükana keçməyin!
19 Fevral 2025 Yeni konstitusiyanın qəbul edilməsi vacibdir - Paşinyan
19 Fevral 2025 Putin sülh yox, Ukraynanı işğal etmək istəyir - KİV
19 Fevral 2025 Xəstəxanaya girən 2 metrlik ilan pasientləri DƏLİ ETDİ - VİDEO
19 Fevral 2025 Rusiya Kiyevi məhv etməyə qadirdir, lakin istəmir - Tramp
19 Fevral 2025 Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi
19 Fevral 2025 Texniki ekspertizalar vaxt aparır, gözləyirik… - Lastayev
19 Fevral 2025 Azərbaycana palma yağı haradan gətirilir? - Video
19 Fevral 2025 Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi
19 Fevral 2025 ABŞ-la ilk görüş: gərgin iş başladı - Matviyenko
18 Fevral 2025 "Yanaşma qərəzin bariz nəticəsini açıb ortaya qoyur" - MÜNASİBƏT BİLDİRİLDİ
18 Fevral 2025 Bu gün Yalançı çərşənbədir - Nələr etməıliyik?
18 Fevral 2025 Bu, Rusiya üçün qəbuledilməzdir - Lavrov
18 Fevral 2025 Zelenski Atatürkün məzarını ziyarət etdi - Video
18 Fevral 2025 Bu narkoman Xəzər konsorsiumuna hücum edir
18 Fevral 2025 Tramp DTD-nin yüzlərlə əməkdaşını qovur
18 Fevral 2025 Dayanıqlı inkişaf üçün birgə addımlar
18 Fevral 2025 Bizi nüvə nəhəngi ilə üz-üzə qoydular - Kavelaşvili