Bakının Xəzər rayonunda ana 3 yaşlı oğlu ilə birgə itkin düşüb.

Qaradağ rayonunda isə 15 yaşlı qız evdən çıxaraq geri qayıtmayıb…

İnformasiya lentlərində quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında ailə münaqişəsi, ailə faciəsi dayanan bu kimi məlumatlara son vaxtlar tez-tez rast gəlirik. Bəzən itkin kimi axtarışa verilənlərin fiziki, mənəvi zorakılıqdan bezdiyi, münaqişələrdən baş götürüb qaçdığı bəlli olur. Əksər hallarda isə onların sorağı sonradan xarici ölkələrdən eşidilir.

Bəs ananın körpə uşaqlarını ataraq evdən getməsini, yaxud azyaşlının evdən qaçmasını bir ailənin məsələsi hesab edərək, üstündən keçmək olarmi? Sosial münasibətlərin kəskinləşdiyi bir dövrdə azyaşlı qızları, qadınları insan alverçilərinin, dini qrupların təsirindən necə qorumaq olar?

Millidestek.az istinadən xəbər verir ki, Qadınların evdən getməsinin səbəblərini araşdırmaqla diqqəti bu problemə yönəltməyə çalışıb. Çünki belə hadisələrdən biri də bu günlərdə Sumqayıtda qeydə alınıb - ana 3 azyaşlı övladını ataraq evdən gedib, maddi imkanı olmasa da, az sonra sorağı Türkiyədən gəlib.

Təkcə ötən həftə itkin kimi 5 qadın axtarışa verilib. Bu hələ mətbuata məlum olan faktlardır. Abşeron rayon sakini olan 2000-ci il təvəllüdlü Məcnunova Həqiqət Elton qızı və onun 15 yaşlı bacısı Aytəkin bü günlərdə səhər saatlarında paytaxt ərazisində itkin düşüblər.

Binəqədi rayonu, 8 Mart küçəsində yaşayan 1997-ci il təvəllüdlü Zeynizadə Nuray Cəlal qızının və Qaradağ rayonu Ümid qəsəbəsində yaşayan Əliyeva Məlahət Şahin qızının valideynləri onların övladlarının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

3 yaşlı övladı ilə itkin düşən qadının isə həyat yoldaşı ilə problemlərinin olduğu deyilir.

Mətbuatın yalnız son bir ildə itkinlərlə bağlı elan və xəbərlərini bir yerə cəmləyəndə ortaya çıxan statistika vəziyyətin təhlükəli həddə çatdığını söyləməyə əsas verir. Onların bir neçəsinə nəzər salaq:

Salyan rayonu, Alçalı kənd sakini, 1967-ci il təvəllüdlü Məhbubə Məhəmməd qızı Quliyeva evdən çıxıaraq geri qayıtmayıb. Qadının intihar etdiyi ehtimal edilib.

Xətai rayonu, 37-ci Polis Bölməsinə müraciət edən 39 yaşlı Ürfan Maqsudov həyat yoldaşı və iki azyaşlı övladının itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, yoldaşı gecə saatlarında evdən gedib.

Şirvanda 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı Əfsanə Quliyeva mayın 26-da evdən çıxaraq geri qayıtmayıblar. Aytacın anası Flora Şirinovanın sözlərinə görə, gəlini bir müddət əvvəl valideynlərindən bezdiyini deyib. Gəlin və baldız sonradan tapılıb.

Bərdədə 16 yaşlı qız, Bakıda 34 yaşlı qadın itkin düşüb. Mayda mətbuat baldız və gəlinin birgə evdən qaçdığını yazmışdı.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, sığınacağa yerləşdirilən qadınların əksəriyyəti həyat yoldaşı və ya yaxınlarına xəbər vermədən gəlir. Onların 80-90 faizi mütəmadi zorakılıqla üzləşənlərdir.

“Ər arvadını axtarırı, arvad isə Türkiyədədir”

Hüquq müdafiəçisinin sözlərinə görə, sığınacağa müraciət edənlərlə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılır. Bəzilərinin həyatına təhlükə olduğundan sığınacaqda olduğuna dair yaxınlarına məlumat verilmir.

Amma bəzən itkin kimi axtarışda olanların ölkəni tərk etdiyi də məlum olur. Məsələn, Sumqayıtda ana 3 azyaşlı övladını ataraq evdən qaçıb. Onun Türkiyədə olduğu ehtimal edilir. “Həyat yoldaşı deyir ki, qadının sosial şəbəkədə Türkiyə vətəndaşı ilə yazışmalarını oxuyub. Türkiyə vətəndaşı ona yardım edəcəyini vəd edib. Uşaqları xəstə olduğundan, qadın yardım vədinə inanaraq evdən gedib, görünür, uşaqların xəstə olmasından istifadə ediblər”.

Qadının pulu olmadığı halda Türkiyəyə səfər etməsi onun insan alverçilərinin toruna düşmə ehtimalını artırır.

M.Zeynalova deyir ki, ailə zorakılığına məruz qalan və ya digər problemləri olan qadınlar insan alverçiləri və ya dini qruplaşmaların təsirinə tez düşürlər.

Seriallardakı “sevgi”ni axtaranlar

Bəzən isə qadın seriallarda gördüyü, həsəd apardığı romantik sevgi münasibətlərini reallıqda yaşamaq istəyir. Məsələn, Türkiyənin “Qaçaq gəlinlər” serialı yayımlanandan sonra bir neçə yeniyetmə evdən qaçmışdı, onlardan üçünün yaxın zamanlarda toyu olacaqdı.

M.Zeynalova deyir ki, sosial şəbəkələrin təsiri də böyükdür. “Bəzi qadınlar məcburi, və ya erkən nikahın qurbanı olduqdan sonra hansısa serialın, filmin təsirindən eşq macərası axtarır. Müşahidələr göstərir ki, sosial şəbəkələr də ciddi təsirə malikdir. Sosial şəbəkələrdə qadının hansısa statusunu oxuyub onu tələyə salanlar var. Təəssüf ki, çox zaman əksər qadınlar işləyərək ayaq üstə daayanmağı deyil, kişiyə sığınaraq onun hesabına yaşamağı üstün tuturlar”, - Zeynalova deyir.

Təkliflər…

Mehriban Zeynalovanın fikrincə, mənəvi və psixoloji təzyiqlər də cinayətlərin siyahısına əlavə edilməlidir. Çünki mental və milli dəyərlərin dirçəldilməsi üçün bu vacibdir.

Psixoloq Solmaz Məmmədovanın fikrincə isə, macəra axtaranlar, evdən kənarda həyatın gözəl olduğunu düşünərək evdən qaçanlar, sosial şəbəkələrdə aldadılanlar zorakılıqla üzləşənlərdir. “Müraciət edənlərdən biri iki dəfə evdən qaçmağa cəhd etmişdi, amma hər dəfə geri qaytarmışdılar. Qadın 17 yaşında ərə verilib, həyat yoldaşı Rusiyada yaşayır, ildə bir neçə dəfə Bakıya gəlir. Daim qaynatası, qaynı, qaynanasının zorakılığı ilə üzləşib, “Facebook”da tanış olduğu birini sevib. Həmin şəxsin evil olduğunu, bununla əyləncə üçün vaxt keçirdiyini biləndən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd etmişdi. Ailənin yardımı ilə psixoloji yardım aldı”.

Psixoloq deyir ki, yalnız fiziki zorakılıq deyil, iqtisadi asılılıq, mənəvi və psixoloji zorakılıq da qadınların evi tərk etməsinə səbəb olur. Qadınlar çıxış yolunu evdən qaçmaqda görür. Amma bəzən də əksinə olur. “Təəssüf ki, serialın, virtual aləmin təsiri ailələrə çox təsir edir. Ərindən ayrılmaq istəyən qadınla söhbət zamanı türk aktyoruna aşiq olduğunu dedi. Həyat yoldaşından onun kimi davranmasını tələb edirdi. Ailənin dağılmaması üçün hər ikisi ilə söhbət etdik, amma yenə də qadın ərini və uşağını ataraq başqasına qoşulub qaçdı”.

S.Məmmədovanı fikrincə, məişət zorakılığı ilə bağlı zəif də olsa təbliğat gedir. Virtual aləmdən gələn təhlükələr isə getdikcə artır, amma təəssüf ki, bu barədə təbliğat, maarifləndirmə yoxdur. “Hamı problemi görür, lakin heç kim tədbirlər haqqında düşünmür. Bizə müraciət edənlər arasında 11-18 yaşlı qızlar var ki, onlar ailəsindən kənarda, sərbəst yaşamaq istəyirlər. Bu problem yalnız bir ailənin məsələsi deyil, valideynlərə çıxış yolunu göstərmək lazımdır”.

Psixoloq təcrübəsində qarşılaşdığı daha bir hadisəni danışır və valideynlərin məsuliyyətli olmasını tövsiyə edir. “16 yaşlı qız evdən qaçıb, anası ilə problemləri var. Ana gecə saat 12-dək qızının evdə olmadığını hiss etməyib. Ata müraciət edərək qızı ilə həyat yoldaşı arasında problemin həllinə kömək istəyir. Ana deyir ki, o birinci mərtəbədəki otağında dincəlib, qızının dördüncü mərtəbədəki otağında əyləndiyini güman edib. Evdəki çalışanlar da qızın evdə olmadığını söyləməyiblər. Yalnız ata evə qayıdıb qızın otağına baxdığında onun evdə olmadığını öyrənib. Qız valideynlərinin soyuq münasibətindən onlarla birgə yaşamaq istəmir. Ailənin maddi imkanı yaxşıdır, amma valideynlərin uşaqlarına vaxt ayırmaması qızın kənarda maraqlı həyat axtarışına çıxmasına səbəb olub. Nəticədə, azyaşlı spirtli içki qəbul etməyə başlayıb”.

Təəssüf ki, belə hadisələr çoxdur. Səbəbdən asılı olmayaraq problem ailədən başlayır, amma bir ailənin problemi olaraq qalmır, cəmiyyətin bəlasına çevrilir.

18 Fevral 2025 Bank kartlarından oğurluq edən şəxs saxlanıldı
17 Fevral 2025 Nazirlik əməkdaşı özünü güllələdi
12 Fevral 2025 Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü
11 Fevral 2025 Dörd qadın futbolçunu ildırım vurdu
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı