Azərbaycan-Rusiya sərhədində baş verən hadisələrə görə cinayət işi açıldı – 10 nəfər azərbaycanlı saxlanıldı


Azərbaycan vətəndaşlarının Dağıstanda yerləşən müvəqqəti düşərgəsində iki gün əvvəl baş verən kütləvi etiraza görə cinayət işi açılıb, 10 nəfər saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaq materiallarına görə, iyunun 15-də 400-ə yaxın Azərbaycan vətəndaşı Dərbənd rayonunun Kullar kəndində yerləşən düşərgəni tərk edərək, “Qafqaz” magistralını bağlamağa çəhd edib.

“Rusiya DİN-nin qanunsuz əməlləri dayandırmaq çağırışlarına məhəl qoymayan etirazçılar polisə hücum edib və bir neçə maşını sındırıb. 9 polis xəsarət alıb, 400 min rubl ziyan dəyib,- deyə qeyd olunur.

Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə açılıb.

Baş verənlərə görə, 90 nəfər polis şöbələrinə aparılıb. /Avropa.info/
Sosial şəbəkələrdə yayılan video ilə bağlı

“Hazırda istənilən səbəbdən ölən şəxsdən COVİD-19 analizi götürülür”. Bu sözləri “Qafqazinfo”ya TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədə ölən şəxsə məcburi COVİD-19 diaqnozunun qoyulduğu deyilən videoya münasibətində deyib.

Bildirib ki, video araşdırılıb və məlum olub ki, Təcili Tibbi Yardıma çağırış qızdırma ilə bağlı olmayıb:

“Çağırış adi narahatlıqla bağlı olub. Belə çağırışlara isə tibb işçiləri xüsusi geyimlə getmir. Təcili Yardım işçiləri ünvana çatan zaman ölüm halını görüb. Onlar da qaydalara uyğun olaraq analiz götürməyə çalışıb və videoda da bunu izah etmək istəyirlər. Sadəcə rəhmətə getmiş insanın yaxınları elə bilir ki, xəstəyə COVİD-19 yazmaq istənilir. Onkoloji xəstə olduğunu heç kim təkzib etmir. Ancaq həmin testin götürülməsi vacibdir və götürülüb. Cavab da neqativ çıxıb və bu, sənədlərdə də qeyd olunub”.

Qeyd edək ki, sosial şəbəkədə yayılmış videoda başqa səbəbdən ölən şəxsə həkimlər tərəfindən koronavirus diaqnozunun qoyulmaq istədiyi iddia olunurdu. Buna görə də mərhumun yaxınları və tibb işçiləri arasında mübahisə yaranmışdı.

Dağıstanla sərhədə Seyfulla Əzimov da gedib

Dağıstan rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı iyunun 16-sı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.

“Qafqazinfo”nun “riadagestan.ru”ya istinadən verdiyi xəbərə görə, Baş Nazirin müavini Ramazan Cəfərov vəziyyəti şərh edərək 600-ə yaxın Azərbaycan vətəndaşının Dərbənddəki sərhədi keçmək üçün gözlədiyini açıqlayıb. Cəfərov bildirib ki, onların geri qaytarılması karantin rejiminə görə mərhələlərlə həyata keçirilir.

“Azərbaycanlı həmkarlarımız dərhal hamını qəbul edə bilmirlər, buna görə də Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə razılaşdırılaraq hər həftə 100-130 nəfərin sərhədi keçməsi qəbul edilib. Bu gün də proses baş tutmalı idi, amma dünən Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində olan vətəndaşlar hazırlanan siyahıdan narazılıqlarını bildirdilər. Daha sonra iğtişaşlar başladı, nəticədə polis qüvvələri vəziyyəti sabitləşdirmək üçün müdaxilə etməli oldu. İndi vəziyyət sabitdir. Bu gün Azərbaycandan Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun rəhbərliyi ilə hazırkı vəziyyəti müzakirə etmək və gələcəkdə belə halların təkrarlanmaması üçün təklifləri nəzərdən keçirmək üçün nümayəndə heyəti gəldi”, - deyə R. Cəfərov vurğulayıb.

Bundan əlavə bildirilib ki, əvvəllər tərtib edilmiş siyahıya yenidən baxılacaq. Həmin qruplar sərhədi keçməzdən öncə Azərbaycan nümayəndələri Dağıstana gələcək və siyahının tərtibində iştirak edəcəklər.

Ramazan Cəfərov insident nəticəsində 5 Azərbaycan vətəndaşının xəsarət aldığını, onların xəstəxanaya aparıldığını və tibbi yardım aldıqlarını bildirib.

Qeyd edək ki, ötən gün 155 vətəndaşın sərhəddən buraxılması təmin edilib. Bu siyahıya ilk növbədə uşaqları olan qadınlar, yaşlı vətəndaşlar, xəstə insanlar, eləcə də uzun müddət çadır şəhərciyində olanlar daxil edilib.

Bakı metrosunun xidmət rəisi qəfildən öldü

"Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev dünyasını dəyişib.
Report məlumatına görə, o, bu gün səhər saatlarında vəfat edib.

Xidmət rəisinin ürəktutmasından öldüyü deyilir.

Salyanda gənc oğlanı qətlə yetirən şəxs TUTULDU

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.
İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən "Report"a bildirilib ki, istintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İkinci dalğadan xilas olmaq üçün

Koronavirus pandemiyası ilə mübarizədə təkcə sərt karantin tədbirləri yetərli deyil. İkinci dalğadan yalnız hər kəsin, hamının kütləvi maska taxması ilə xilas olmaq mümkündür.
Medicina.az xəbər verir ki, bu barədə Kembric və Qrinviç Universitetinin alimləri elmi tədqiqat aparıb.

Alimlər virusun insanlar arasında yayılmasını əks etdirən müxtəlif ssenarilər modelləşdiriblər və hansı qorunma tədbirinin effektiv olmasını bu model üzərində sınayıblar.

Məlumdur ki, pandemiyanın zəifləməsi üçün virusa yoluxduracaq insanların sayı 1,0 rəqəmin altında olmalıdır.

Bu rəqəmə isə yalnız əhalinin kütləvi ictimai yerlərdə maska taxması ilə mümkündür.

Nə qədər çox insan maska taxarsa, yoluxdurma qabiliyyətli xəstələrin sayını 1faizdən aşağı endirmək mümkündür. Bir ölkədə əhalinin heç olmasa 50% maska taxarsa, karantinsiz ikinci dalğanı yola vermək olar.

Sabah havanın hərarəti 39 dərəcəyə qədər yüksələcək

Azərbaycanda iyunun 17-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 17-də Abşeron yarımadasında mülayim xəzrinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd olub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Aksiya iştirakçılarını ərazidən bir qədər uzaqlaşdırıblar, ictimai fəal Nərmin Şahmarzadə və digər 5 nəfər saxlanılıb. (redaktor.az)

Azərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayıldı
Sumqayıtda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanadan görüntülər yayılıb.

Oxu.az xəbər verir ki, görüntülər şəhərin 1 saylı Xəstəxanasında çəkilib.

Videoda görünən pasiyentlərin COVID-19 xəstələri olduğu iddia edilir.

Xəstəxananın reanimasiya şöbəsində çəkildiyi iddia edilən görüntülərin tibb işçisi tərəfindən lentə alındığı ehtimal olunur.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusunu cavablandırıb.

O bildirib ki, sözügedən məsələ ilə bağlı başlayan araşdırma yekunlaşıb:

“Aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhər 1 saylı Xəstəxanasının reanimasiya şöbəsindən video çəkən tibb bacısı müəyyən edilib. Aidiyyəti üzrə həmin tibb bacısı etdiyi əmələ görə inzibati qaydada cəzalandırılıb”.

Abşeron rayonunda dayı 14 yaşlı bacısı qızını boğub öldürüb
Abşeron rayonunda 14 yaşlı bacısı qızını boğaraq qətlə yetirməkdə təqsirli bilinən İlham Kərimovun cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, hadisə Abşeron rayonunun Hökməli qəsəbəsində baş verib. 

Yevlax rayon sakini İlham Kərimov kirayə yaşadığı evdə 14 yaşlı bacısı qızı Aygün Bənicəlalini boğaraq qətlə yetirib.

Abşeron rayon pois əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən İlham Kərimov saxlanılıb. 

İstintaqla müəyyən olunub ki, yaşadığı Yevlax rayonu Aran qəsəbəsindəki evdən valideyinləri ilə bir yerdə yaşamaqdan imtina edib, onalrın icazəsi olmadan Bakıya gələn bacısı qızı Aygün Bənicəlalini dayısı İham Kərimov tapıb. İlham Kərimov bacısı qızını kirayə qaldığı Abşeron rayonu Hökməli qəsəbəsindəki evinə gətirib.

Aygündən təkidlə yaşadığı evdən hansı səbəbdən və kiminlə qaçması barədə soruşub. Qızın onun suallarına cavab verməməsi və bir daha evə qayıtmayacağını deməsinə hirslənən İlham bacısı qızı Aygünü əlləri ilə boğazından tutub arxası üstə yerə yıxıb. Əlləri ilə qızın boğazından sıxaraq onu boğub öldürüb.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik: