Daxili İşlər Nazirliyi Masallı rayonunda traktor sürücüsünün saxlanılarkən döyülməsi hadisəsi ilə bağlı xidməti araşdırmalar aparır.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sürücü idarə etdiyi traktorla təhlükəli hərəkətlər edərək polisə müqavimət göstərdiyi üçün cəzalandırılıb:
“Hadisə iyunun 19-da Masallı şəhəri ərazisində baş verib. Günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən sürücüyə saxlama işarəsi verilib. Lakin sürücü tabesizlik göstərərək qaçmağa cəhd edib.
Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.
Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.
Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb.
Araşdırmalar nəticəsində həmin polis əməkdaşları da ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar.
BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, faktla bağlı artıq aidiyyəti xidmət tərəfindən araşdırmalara başlanılıb”.
Türkiyənin Kütahya şəhərində aralarında azərbaycanlı qadının da olduğu üç nəfərlik dəstə ələ keçib.
Onlar Simav rayon sakininə qarşı dələduzluq etməkdə ittiham olunurlar.
Belə ki, dəstə üzvləri telefon vasitəsilə həmin şəxslə əlaqə saxlayıb və ondan azərbaycanlı qadınla evlilik qarşılığında 7500 lirə (1860 AZN – red.) pul istəyib.
Pulu aldıqdan sonra dəstə üzvləri aradan çıxıb. Polis şikayət əsasında həmin şəxsləri ələ keçirib. /Cebhe.info/
Bakıda qeyri-adi yanğın hadisəsi baş verib.
Şəhərin mərkəzində banklardan birinin bankomatı yanıb.
Yanğın FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Qeyd edək ki, hadisə şahidləri bankomatın pulla dolu olduğunu bildiriblər. /Redaktor.az/
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sosial şəbəkələrdə "Semaşko" kimi tanınan xəstəxanaya yerləşdirilən koronaviruslu xəstənin yaydığı videodan danışıb.
Qurum rəsmisi "BakuPost"a 1 saylı Kliniki Tibbi Mərkəzdə çəkilən görüntülər barədə açıqlama verib. O sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparacaqlarını bildirib.
Xatırladaq ki, ötən gün yayılan görüntülərdə adıçəkilən xəstəxanaya yerləşdirilən xəstələrdən biri həkimlərin virus daşıyıcılarına nəzarət etmədiklərini, qızdırmasının qalxmasına baxmayaraq lazımi dərman və iynə ilə təhciz edilmədiklərini bildirmişdi.
Xəstənin sözlərinə görə, hətta tibb bacıları da xüsusi geyimlərdə xidmət göstərmirlər. Bu isə onların virusu yaymasına yol aça bilər.
Son məlumata görə, Azərbaycanda COVID-19-a yoluxan 12 729 nəfərdən 154-ü həyatını itirib, 6 799-u sağalıb. Ötən gün növbəti antirekord qeydə alınıb və ölkə ərazisində 471 nəfərin testi müsbət nəticə verib.
"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb".
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.
Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur", Mətbuat Xidmətindən bildirilib.
“Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.
Bunu APA-ya açıqlamasında deputat Sahib Alıyev deyib.
Deputat koronavirusa yoluxduğunu bildirib:
“Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə pozitiv çıxdı”.
Bu barədə icra başçısının özü "Report"a bildirib.
M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".
Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.
Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.
Bu barədə “report”a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.
O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib:“Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi”.
Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.
Bu barədə gazeta.ru məlumat yayıb.
Bildirilir ki, bloger “Rolls Royse Cullinan” markalı avtomobilində saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir.
O da qeyd olunur ki, Hüseyn maşına “Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurub.
Bloger həmçinin bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndan məhrum edilib.
Xatırladaq ki, Rusiyanın məşhur blogerlərindən olan Hüseynin "İnstagram"da 14 milyondan çox izləyicisi var.oxu.az
Azərbaycanda şənbə günü, iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 20-21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.