Azərbaycanda televiziya işçiləri girov götürüldü
İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.

Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə – 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb.

Araşdırma davam edir. (Konkret.az)

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 32-34 dərəcə olacaq. 

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda polisi təhqir edənlərin saxlanılma anı - DİN xüsusi ...

Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmişlər.

DİN-dən bildirilib ki, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirmiş və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görmüşlər.<ins'>

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilmiş və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətirilmişlər.

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.

 Sumqayıtdan şok görüntülər gəldi
Sumqayıtda dəfn mərasimi zamanı karantin qaydaları pozulub. Belə ki, sosial mediada yayılan görüntülər zamanı məlum olub ki, mərasimdə 100-dən çox insan iştirak edib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır. Baş verənlərəhüquqi qiymət veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Polisin araşdırması nəticəsində məlum olub ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. Bu zaman Namiz Rəhimov üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımovun kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhrabın isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab isə öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq, sonuncunun həyatını xilas etmək mümkün olmayıb. 

İddialara görə, karantin qaydalarının pozulduğu dəfn mərasimi bu hadisə zamanı həyatını itirən şəxslərdən biri üçün təşkil olunub.

Bakida polisin basina zibil atanlar saxlanildi - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yaşayış məntəqəsində polisin başına zibil atanlar tutulub.

İyunun 7-də sərt karantin rejimi zamanı Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakinləri polisin üstünə zibil torbaları atıblar.

Keçirilən əməliyyat zamanı həmin əraziyə polis əməkdaşları cəlb olunub.

Onlar binaya daxil olaraq bir neçə nəfəri saxlayıblar. /baku.ws

Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı
Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb.

Oxu.az xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı deyilir.

İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır.

Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, təmsil etdiyi qurum mövcud vəziyyətdən xəbərdardır.

R.Əliyeva bildirib ki, görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib:

“Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVID-19-a yoluxan xəstələrdir. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVID-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur.

TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq”. 

Bakıda arvadını namus üstündə boğaraq qətlə yetirən Anar Yusifovun cinayət işi.

Hadisə  Buzovna qəsəbəsində baş verib.

Salyan rayon sakini 1983-cü il təvəllüdlü Anar Yusifov Buzovna qəsəbəsində arvadı 1984-cü il təvəlldülü Kifayət Yusifovanı boğaraq qətlə yetirib.

Anar Yusifov arvadını boğaraq öldürdükdən sonra doğulduğu Salyan rayonuna apararaq orada qəbiristanlıqda basdırıb.

Qətlin üstü isə mərhum Kifayət Yusifovanı rəfiqəsinin polisə məlumat verməsi ilə açılıb. Belə ki, Buzovna qəsəbəsində kirayədə yaşayan qadın polisə zəng edərək rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini deyib. Qadın polisə söyləyib ki, Kifayətin əri Anara zəng etdikdə ona rəfiqəsini öldürdüyünü deyib.

Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Yusifov saxlanılıb. O, ilkin ifadəsində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbiristanlıqda dəfn etdiyini bildirib.

Meyit eksqumasiya edilib və ekspertizaya göndərilib. Anar Yusifova isə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Elan olunmuş ittihamla Anar Yusifov özünü tam olaraq təqsirli bilib.

Anar Yusifov sərbəst ifadəsində əvvəlcə qətlə yetirdiyi xanımı ilə münasibətlərindən danışıb. O deyib ki, iki uşağının anası olan xanımını çox sevib, aralarında söz-söhbət, dava-dalaş olmayıb.

“Mən ailəmi həmişə hər şeydən üstün tutmuşam. Ətrafımızda olan hamı da bilir ki, mən Kifayəti necə sevmişəm. Hamı bizim ailəmizin xoşbəxtliyindən danışırdı. Belə hadisələrin baş verəcəyini gözləməzdim. Heç indi də inanmıram”- deyən Anar Yusifov daha sonra qətllə bitən hadisənin səbəblərini danışmağa başlayıb.

O bildirib ki, hər şey xanımının telefonuna gələn mesajla başlayıb. Xanımın özünü şübhəli aparması xəyanəti üzə çıxarıb.

Anar Yusifov deyib ki, hadisədən bir müddət əvvəl həmişə olduğu kimi işdən sonra evə gəlib və ailəsi ilə vaxt keçirib: “Uşaqlar da yanımda idi. Televizora baxırdıq. Sonra Kifayət uşaqları yatırmaq üçün otağa getdi. Bu zaman telefonu mən olan otaqda qaldı. Təxminən gecə saat 1 olardı. Gördüm ki, Kifayətin telefonuna mesaj gəldi. Aparıb özünə verdim. Soruşdum ki, mesaj yazan kimdi? Bu zaman qorxdu, özünü şübhəli apardı. Tələb elədim ki, telefonu mənə versin. Telefonun kodunu istədim. Yalvarmağa başladı. Dedi ki, əgər o mesajları oxusam, mənim üzümə baxa bilməz. Yalvardı ki, onun yanında oxumayım. Mənə dedi ki, icazə ver, gedim özümü öldürüm. Mən telefonu götürüb yan otağa keçdim ki, mesajlara baxım, yazanın kim olduğunu öyrənim. Yan otağa keçəndə telefonun kodu açılmadı. Geri qayıdıb kodu soruşmaq istədim. Otağın qapısı içəridən bağlanmışdı. Nə qədər döysəm də açmadı. Şüşəni əlimlə qırıb qapını açdım. Baxdım ki, Kifayət pəncərədən düşüb qaçıb. Onun arxasınca dəniz tərəfə qaçdım. Özünə qəsd edəcəyini düşündüm. Heç yerdə tapa bilmədim deyə polisə məlumat verdim”.

Anar Yusifov qeyd edib ki, bir neçə gün sonra xanımın rəfiqəsi ilə birlikdə olduğunu öyrənib: “Zəng edib onu tapdım. Xahiş elədim ki, bu məsələ aramızda qalacaq. Amma geri qayıtsın. Şərt qoydum ki, başqa bir ev tutub ayrı yaşasın. Uşaqları da görməyə apararam. Bu məqsədlə onunla bir neçə dəfə danışdıq. Əvvəlcə mənimlə görüşməyə qorxurdu. Bir dəfə gəlib evdən paltarlarını da götürdü. Mən ona heç nə etmək istəmirdim. Rəfiqəsigildə qaldığını bilirdim. Dəfələrlə görüntülü də danışırdıq. Amma bir gün hər şey tamamilə başqa cür oldu. Zəng edəndə mənimlə görüntülü danışmasını, harda olduğunu deməsini istədim. Amma açmadı. Mübahisə edəndə isə mənə “yaxşı edirəm” dedi. Mən də bircə dəfə ona dedim ki, sənin yaşamağa haqqın yoxdur”.

İfadəsinin davamında Yusifov xanımının mesajlarını oxuduğunu da söyləyib. Qeyd edib ki, həmin mesajlarda onlar arasında intim münasibətlərin olduğunu da öyrənib.

Yusifov bildirib ki, bu mübahisədən sonra arvadının yanına gedərək onu öldürüb. Daha sonra isə cəsədi Salyanda apararaq orada basdırıb.

Məhməkənin höküm ilə Anar Yusifov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Videonu təqdim edirik:

Şirvanda qaynı qızı ilə evlənən kişi həbs edildiBir neçə gün öncə Şirvanda qadını hər kəsin gözü önündə döyən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

1957-ci il təvəllüdlü Mirhüseyn Nağıyevi əvvəllər qeyri-rəsmi nikahda yaşadığı 1993-cü il təvəllüdlü Ayşən Məmmədlinin şikayəti əsasında saxlayıb.

Qadın şikayətində mayın 26-da Mirhüseyn Nağıyevin onun satıcı işlədiyi telefon mağazasına gələrək insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib.<ins'>

 

Araşdırmalar zamanı məlum olub ki, Ayşən Məmmədli qeyri-rəsmi nikahda yaşadığı şəxsin həyat yoldaşının qardaşı qızıdır. redaktor.az

Daha ətraflı videodan izləyin:

Sabah hava necə olacaq?
Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə,  iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Tələbə qızın intiharı ilə bağlı TƏFƏRRÜAT
Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü kurs tələbəsi olub.

Bu barədə Qafqazinfo-ya məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib.

O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı:

“Heç bir kəsiri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün təəssüf ki, çıxış yolunu bu addımda görüb”.

Qeyd edək ki, G.Nağıyeva özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.