“Gözmuncuğu və bu kimi digər məqamlar dinimizdə xurafat sayılır. Hətta biraz irəli getsək, bu məqamlar şirk də hesab edilir. Əlbəttə bir müsəlmanı müsəlmançılıqdan çıxaracaq dərəcədə şirk hesab olunmur. Burada gizlin, yüngül şirkdən söhbət gedir. Lakin bəzi bitkilər, o cümlədən üzərliyin bioenerji baxımından müəyyən təsirləri ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, İslam dinində xəstəliklərin müalicəsi üçün Allah Təala tibb elmi yaradıb və İslam dinində də bu tövsiyyə olunur: “Lakin bəzi fövqəltibbi, yəni tibdən daha yüksək təsirlər var. Buraya bəd-nəzər, gözdəymə və s. aiddir. Buna görə də Qurani Kərimdə müəyyən ayələr vardır ki, insan hər gün evdən çıxarkən oxuyarsa, Allah Təala həmin insanı bəd-nəzərdən qoruyar. Belə ki, bu ayələrə Qələm surəsinin son iki ayəsini misal olaraq qeyd edə bilərik.
Əxlaqi-psixoloji tövsiyə kimi isə din böyüklərimiz deyiblər ki, maddi uğurları mümkün qədər reklam etməmək lazımdır. Çünki maddi, dünyəvi uğurlar avtomatik həsəd, paxıllıq hisləri yaradır və bəzi insanlar sizin uğurlarınıza bəd-nəzərlə baxa bilər. Dinimizdə də bu sahədə həm paxıllıq, həsəd olmasın deyə, həm də başqalarının nəfsini almayasız deyə müəyyən tövsiyyələr olunur. Məsələn, meyvə və s. aldıqda belə ya hər kəsə verilməsi, ya da qapalı vəziyyətdə evə gətirilməsi bildirilir. Eyni zamanda yaxşı yemək bişirdikdə ətri yayılırsa, yeməyin ətrini duyanlara vermək lazımdır. Qədimdən də bizim nənə-babalarımız belə edərdilər.

 

Bu məsələyə riayət olunarsa, insan bəd-nəzərdən qorunar. Mənəvi uğurda toqquşma yoxdur, yəni heç kəs sizin təvazökar olmağınıza həsəd aparmır. Amma maddi uğurda hər kəsin gözü olur. Bu səbəbdən də maddi uğurlara mümkün qədər diqqəti cəlb etməmək məsləhət görülür. İnsan möhkəm iradəli olarsa və qəlbini Allaha bağlayarsa, sözügedən problemlərdən amanda olar”.

04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim
21 Noyabr 2024 Qərb dünyada hökmranlığını itirib - Orban
21 Noyabr 2024 Balakəndə elmi-praktiki konfrans keçirilib - FOTOLAR
21 Noyabr 2024 “YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır”
21 Noyabr 2024 Niyazi Bayramov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tətqiqat İnstitutunda vətəndaşlarla görüşüb
21 Noyabr 2024 "Həmin hadisədən 33 il keçib" - HƏRBİ EKSPERT FİKRİ
21 Noyabr 2024 Ətin qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? - SƏBƏB AÇIQLANDI