Çin BRİKS və ŞƏT-ə əsas dayaq və dəstəkdir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko BRİKS-in Kazanda keçirilən sammiti çərçivəsində Çinin CGTN telekanalına müsahibəsində deyib.
“Çin bu təşkilatların əsas dayaqlarından biridir. Buna görə də BRİKS Çinlə əməkdaşlıqdan məmnun olmalıdır”, – deyə Lukaşenko bildirib.