Ermənistan vətəndaşları referenduma və hansısa sənədə imza atmağa qətiyyən tələsmirlər. Əksinə, tərəddüd etdikləri ilk baxışdan da hiss olunur və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasından öncə hara isə qoşulmaq kimi bir fikrin doğruluğuna qətiyyən inanmırlar. Hətta ölkənin radikal qərbyönümlü partiyalarının təyin olunmuş müddətdə Aİ-yə daxil olmaq barədə referendumun keçirilməsi üçün lazımi sayda imza toplaya bilməyəcəyi haqda Ermənistana məxsus mətbuat səhifələrində gedən müzakirələr belə hayların narahatlığından xəbər verir.

Referendum keçirmək üçün Ermənistan vətəndaşlarından imza toplanılması Avropa İttifaqına üzvlük üçün canfəşanlıq edilməsi deməkdir

Rəsmi İrəvan hazırkı dönəmdə, bu məqamda da manipulyasiyalara əl atır. Ermənistan vətəndaşları üçün Avropa İttifaqı vizalarının ləğvi ilə bağlı İrəvanın danışıqlara başlamasını Ermənistan hakimiyyəti məhz işğalçı ölkənin Aİ-yə daxil olması istiqamətində ciddi addım kimi göstərməyə və bu fikri daxili auditoriyaya sırımağa çalışır. Amma hələ də tərəddüdün olduğu danılmazdır və bu hətta etiraf da edilir. Doğrudur, erməni baş nazir Nikol Paşinyanın “Mülki Müqavilə” partiyası ilə müttəfiq olan, özü də radikal qərbyönümlü partiyalar Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsini çoxdan tələb edib. Bununla bağlı müvafiq dinləmələrin keçirildiyini də bilirik. Hər halda, Avropa İttifaqı bayrağının dinləmələr zamanı tribunada qaldırılması və Rusiya əleyhinə bəyanatların səsləndirilməsi də yaddan çıxan deyil. Bütün bunlar onu göstərir ki, Aİ-yə üzvlük üçün çoxdandır canfəşanlıq edilir. Referendum keçirmək üçün Ermənistan vətəndaşlarından imza toplanılması təsdiq edir ki, onların canfəşanlığı və cəhdləri hələ də davam etməkdədir.

Belə görünür ki, nə qədər tərəddüdlər olsa belə Rusiyaya arxa çevirərək, Avropa İttifaqına üz tutmaqda maraqlı qüvvələr kifayət qədərdir. Bəzi qüvvələr elə hesab edilər ki, Avropa İttifaqına üzv olmaqla, bütün problemlər öz həllini təbii şəkildə tapacaq. Doğrudur, Avropa İttifaqına üzv olmaq istəyi, hələ ittifaqın üzvü olmaq demək deyil. Həmin ittifaqa üzv olmaq istəyənlər keçirmək istədikləri referendumda da istədikləri nəticəni əldə etsələr belə, bu, o demək deyil ki, Ermənistan dərhal Aİ üzvü olacaq, xeyr. Bu, heç müzakirə mövzusu da deyil. Müzakirə mövzusu odur ki, işğalçı ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı tərəddüdlər heç də əbəs deyil və bunun bir səbəbinin olması da danılmazdır. Referendum keçirmək üçün Ermənistan vətəndaşlarından imza toplanılması və Avropa İttifaqına üzvlük üçün canfəşanlıq edilməsi fonunda qorxuların olması hələ də hayların hansısa qərara gələ bilmədiyi və bunun nətəcələrinin daha acınacaqlı olacağından ehtiyat etmələrinin, daha dəqiq desək, qorxu kompleksinin təzahürüdür. Hər halda, riskli oyunlara baş vurduqlarını özlərinin də başa düşmələri səbəbindən ermənilər qoxu içərisindədirlər və tərəddüdləri də başa düşüləndir.

Regionda sülhün təmin olunmasına hansısa formada rəvac vermək əvəzinə dəstəyə, yardıma ümid etmək Ermənistana baha başa gələ bilər

Rəsmi İrəvan bütün hər vəchlə hərbi əməkdaşlığa can atır. Ermənistan hökuməti istənilən bir addımda yenə də hərbi istiqamətdə yardım axtarır. Bir tərəfdən sülhdən dəm vuran Ermənistan hakimiyyəti digər tərəfdən də hərbi dəstək üçün bütün vasitələrə əl atır. Vəziyyəti hədsiz dərəcədə ağır olan işğalçı ölkə hələ də çirkin niyyətlər planlayır. Regionda sülh danışıqlarından söhbət getdiyi bir dönəmdə Avropaya yaltaqlanaraq hansısa yardıma ümid edir. İrəvan heç də hansısa ittifaqa, xüsusən də Avropa İttifaqına üzv olmaq məsələsini boş yerə ortaya atmır. Paşinyan hələ də riskli oyununu davam etdirir. Onun bu oyunlarının hansısa effektindən söhbət gedə bilməz, amma niyyətinin yenə də çirkin olması özünü göstərməkdədir. Məsələ burasındadır ki, regionda sülhün təmin olunmasına hansısa formada rəvac vermək əvəzinə Avropa İttifaqına üzvlük məsələsini ortaya atmaq, əvəzində də yardım və dəstək gözləmək, daha doğrusu ummaq Ermənistan üçün baha başa gələ bilər. Çünki belə bir dəstəyə ümid edərək, yenə də sülhdən uzaqlaşmaq, region ölkələri ilə münasibətlərin normallaşmasına mane olmaq Ermənistan üçün sözün əsl mənasında riskli addımlardır. Hər halda, marginallaşmış, küncə qısılmış durumda, regional və qlobal layihələrdən kənarda qalmış bir vəziyyətdə olan Ermənistanın mehriban qonşuluq siyasəti yürüdərək, həmin layihələrə qoşulması, özünü dalana dirənmiş vəziyyətdən çıxarması əvəzinə yenə də hansısa qaranlıqlara sürüklənməsi işğalçı ölkəni daha dərin quyuya doğru apardığını başa düşməmək ağılsızlıqdır. Belə bir ağılsızlıq isə təhlükəli, riskli oyunların fonunda özünü göstərməkdədir. Görünür, erməni baş nazir bunun ya fərqində deyil, ya da heç fərqinə varmaq istəmir. Amma istənilən halda, Avropa İttifaqına üzvlük söz-söhbəti fonunda belə riskli oyunlara baş vurduğu təkzib edilməzdir.

Aİ-yə üzvlük söz-söhbəti belə bütövlükdə erməni cəmiyyəti üçün, lap elə bir dövlət kimi Ermənistan üçün kifayət qədər risklidir

Bilirik ki, başda elə erməni baş nazir özü olmaqla, bütövlükdə Ermənistan hakimiyyəti bu vaxta qədər ən təhlükəli oyunlara baş vurubsa da istədiyi heç bir nəticəni əldə edə bilməyib. Bundan donra da hayların hansısa nəticəyə ümid etmələri mənasızdır. Çünki qətiyyən buna ümid etməyə dəyməz. Bəlkə də ABŞ və Avropanın bəzi ölkələri Nikola hansısa vədlər verib. Bəlkə də Aİ-yə üzvlüklə bağlı boş sözlər də verilib. Belə vədlərin İrəvana vaxtaşırı verildiyinin dəfələrlə şahidi olmuşuq və bilirik ki, Paşinyanı da, onun hakimiyyət komandasını da “dingildədən” hər zaman elə həmin vədlər olub, amma bu vədlərlə Ermənistan nə isə qazanmayıb. Deməli, yenə də Vovayeviç öz hakimiyyət komandası ilə sadəcə boş yerə təhlükəli və riskli oyunlara baş vurur. Yəqin, belə riskli addımlardan sonra başlarının əzildiyini unudublar və belə çıxır ki, xatırlatmalara ehtiyac duyurlar.

 

Doğrudur, Azərbaycana qarşı “müharibə yox, sülh” siyasətinin davam etdirilməsi naminə İrəvan açıq şəkildə Aİ-ni alətə çevirmək imkanından istifadə etməyə çalışır və belə görünür ki, bundan da yaman məmnundur. Hər halda, 2023-cü ilin fevral ayından Ermənistanda müşahidə missiyası adı altında Aİ-nin kəşfiyyat missiyasının fəaliyyət göstərməsi də həmin məmnunluğu təsdiq edir. Xüsusən də Ermənistan liderlərinin müntəzəm şəkildə həmin missiyanın işi haqqında müsbət danışmaları da deyilənləri təsdiq edir. Amma bu missiyanın işğalçı ölkəyə hansısa mənfəət gətirdiyinin, yaxud haylara istədiklərini veridiyinin şahidi olan olmayıb və erməni liderlərin Aİ ilə bağlı dedikləri qətiyyən öz təsdiqini tapmır. Elə buna görə də haylar tərəddüd və qorxu içərisindədirlər və belə görünür, onların bəzilərinə də əyan olub ki, ölkələri təhlükəli, riskli oyunlar oynayır. Ona görə də haylar arasında referenduma münasibət birmənalı deyil, tamamilə fərqlidir. Ermənilərin əksəriyyəti başa düşürlər ki, sözügedən ittifaqa nəinki üzv olmaq, hətta üz olmaq naminə referendum keçirmək belə onların ölkələrinin Rusiya ilə daha ciddi şəkildə narazılıqlarına gətirib çıxaracaq və bu da işğalçı ölkə üçün heç də arzuolunan deyil. Əgər ermənilər hələ də Rusiyadan çəkinirlərsə, Kremlin əlində olan rıçaqlardan ehtiyat edirlərsə, rusların qəzəbindən qorxurlarsa, deməli, başa düşürlər ki, Aİ-yə üzvlük söz-söhbəti belə bütövlükdə erməni cəmiyyəti üçün, lap elə bir dövlət kimi Ermənistan üçün kifayət qədər risklidir.

 

Cənubi Qafqazı dünya və regional güclərin döyüş meydanına çevirmək planları işə salına bilər və nəticəsi Ermənistan üçün hədsiz dərəcədə acınacaqlı olar

 

Onsuz da Ermənistanın Aİ-yə üzvlüyü xəyalpərəstlikdən başqa bir şey deyil, çünki hazırda Paşinyan Avropa İttifaqına üzv ölkələr arasında müttəfiqlərinin dairəsini genişləndirə bilməyib. Hələ də işğalçı ölkənin müttəfiqi sırasında eyni ölkələr, daha dəqiq desək, Fransa, Yunanıstan və bəzi kiçik dövlətlər var. Buna görə də Paşinyanın gələcək addımlarında, hətta Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsi ilə bağlı fikirlərində belə qeyri-müəyyənlik var. Nikol özü də yaxşı bilir ki, uydurduğu üzvlük xam xəyallardan başqa bir şey deyil. Bilir ki, ölkəsi nə həmin ittifaqa üzv olan deyil, nə də hansısa risklərdən yaxa qurtarmaları mümkün süyılmır. Əksinə, ortalığa atılan həmin Aİ-yə üzvlük söz-söhbəti Ermənistan üçün, haylar üçün həddindən artıq riskli sayılır.

Ermənistanın qonşu Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətləri nizamlanmadan, normallaşdırmadan, rabitə şəbəkəsinin bərpası yolu ilə Cənubi Qafqazın tarixi birliyi bərpa edilmədən, üzvlük prosesinin davam etməsinin nə dərəcədə riskli olduğunu haylar da başa düşməlidirlər. Görünür, bəziləri başa düşürlər deyə, erməni cəmiyyətində Aİ ilə bağlı hələ də tərəddüd var. Xüsusən qeyd etmək lazımdır ki, əgər regionda normallaşma olmadan Brüssel və İrəvan Avropaya inteqrasiya ilə məşğul olmağa çalışsa, şübhəsiz ki, Aİ ilə yaxınlaşmalarından bir çox erməni siyasətçilər istifadə edərək, revanşist əhval-ruhiyyəni daha da qızışdıra, gücləndirə bilərlər. Çünki belə məqamdan istifadə edərək, onlar Brüsseldə, ümumiyyətlə, “kollektiv Qərb”də tərəfdaşlar tapa və şübhəsiz ki, Cənubi Qafqazı dünya və regional güclərin döyüş meydanına çevirmək planlarını işə sala bilərlər. Bunun da nəticələri Ermənistan üçün hədsiz dərəcədə acınacaqlı ola bilər. Daha doğrusu, bu, məhz işğalçı ölkə üçün hədsiz dərəcədə acınacaqlı nəticə vəd edir. Deməli, Aİ-yə üzvlük məsələsi Ermənistan üçün istənilən halda riskli oyunlardır.

04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim
21 Noyabr 2024 Qərb dünyada hökmranlığını itirib - Orban
21 Noyabr 2024 Balakəndə elmi-praktiki konfrans keçirilib - FOTOLAR
21 Noyabr 2024 “YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır”
21 Noyabr 2024 Niyazi Bayramov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tətqiqat İnstitutunda vətəndaşlarla görüşüb
21 Noyabr 2024 "Həmin hadisədən 33 il keçib" - HƏRBİ EKSPERT FİKRİ