Milli Məclisin deputatı
Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.
Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
İqlim dəyişikliyi kiçik ada dövlətləri üçün ciddi bir təhdiddir, çünki bu ölkələr əsasən okeanlara yaxın ərazilərdə yerləşir və iqlim dəyişikliklərinin nəticələrindən ən çox təsirlənənlərdəndir. Dəniz səviyyəsinin yüksəlməsi, tropik fırtınalar və digər təbii fəlakətlər bu ölkələrin ərazisini daha da kiçildir, iqtisadiyyatlarına və həyat şəraitlərinə böyük ziyan vurur.
Bu vəziyyət, kiçik ada dövlətlərinin çoxu üçün mövcud olan həyat və inkişaf imkanlarını təhdid edir. Həmçinin, bu dövlətlərin əksəriyyəti coğrafi və iqtisadi baxımdan zəifdirlər və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün yetərli resurslara malik deyillər. Bu səbəbdən, onlar ətraf mühitin qorunması, davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə məsələlərində beynəlxalq dəstəyə ehtiyac duyurlar.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.
Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Prezident İlham Əliyev öz çıxışlarında bu mövzuya toxunaraq, Azərbaycanın kiçik ada dövlətləri ilə həmrəy olduğunu, onların inkişafına və ekoloji məsələlərə daha çox diqqət yetirilməsi gərəkdiyini vurğuladı. Eyni zamanda, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki təcrübəsini və beynəlxalq əməkdaşlıqda göstərdiyi fəallığı da bu mövzuda yardım etmək istəyən ölkələrə nümunə göstərərək bildirdi ki, bu cür əməkdaşlıq, kiçik ada dövlətlərinin qarşılaşdıqları problemlərin həlli üçün mühüm rol oynaya bilər.
Cənab İlham Əliyev çıxışında Azərbaycanda həyata keçirilən dayanıqlı enerji keçidinə dair təcrübələrini paylaşaraq, bu sahədə kiçik ada dövlətlərinə dəstəyin vacibliyini vurğuladı. Dayanıqlı inkişaf, xüsusilə enerji keçidi, dünya miqyasında əhəmiyyətli məsələlərdən biridir. Azərbaycan, müxtəlif enerji mənbələrinə, o cümlədən bərpa olunan enerji sahələrinə olan marağını artıraraq, bu istiqamətdə mühüm addımlar atmaqdadır. Bu, ölkənin iqlim dəyişikliyinə qarşı mübarizədə iştirakını gücləndirir və beynəlxalq səviyyədə həmrəyliyi təbliğ edir.
Azərbaycanın təcrübəsi, bərpa olunan enerji mənbələrinin istifadəsi, enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması məsələlərində kiçik ada dövlətləri üçün faydalı ola bilər. Bu dövlətlər, məhdud resurslarla iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə aparmağa çalışır və dayanıqlı enerji keçidi onların iqtisadiyyatını gücləndirmək və ətraf mühiti qorumaq üçün vacib bir yol ola bilər.
Prezident İlham Əliyev, kiçik ada dövlətlərinin enerjiyə olan ehtiyaclarını qarşılamaq üçün Azərbaycanın bu sahədə təcrübə paylaşımına hazır olduğunu ifadə edərək, beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladı. Azərbaycanın bu sahədəki texnoloji inkişafları və siyasətləri, kiçik ada dövlətlərinə dayanıqlı enerji sistemləri qurmaqda və iqlim dəyişikliyinin qarşısını almaqda dəstək verə bilər.
Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı qətiyyətlə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə hər zaman dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.
Yeni Azərbaycan Partiyası bugünə qədər şərəfli yol keçərək monolitliyini qoruyaraq, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə qalib partiya kimi tanındı. Yeni Azərbaycan Partiyasının hər seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir.
Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir.
Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ulu öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil olmuşdur. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Belə ki, noyabrın 21-də 550 nəfərin iştirakı ilə təsis olunan və Ümummilli lider Heydər Əliyevin Sədri seçilən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib. Xalq bilirdi ki,
Yeni Azərbaycan Partiyasının yaranması o dövrdə cərəyan edən hadisələrin yekunu olacaq.
Bəli, bu gün 32 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən
rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi.
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.
Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və qürur duyur. 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan
dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. YAP Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi.
Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: «Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır». YAP Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr
partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.
Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı olan Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla Azərbaycan Dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyir və yeni hədəflərə doğru inamla irəliləyir.
20 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib.
Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq.
Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir: