İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatını məhv etmək vədinə əməl etmədi və İsrail Qəzzada keçirdiyi əməliyyatın məqsədlərinə nail olmadı.
Axar.az xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri məlumat yayıb.
Nəşrin qeyd edib ki, radikallar böyük itkilərə baxmayaraq, həm silahlılar, həm də mülki şəxslər arasında hərbi və siyasi potensiallarını qoruyub saxladılar:
“İsraildə Netanyahunun siyasətindən xalqın narazılığı artmaqdadır, çünki onlar Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının HƏMAS-ın sağ qalmasına və gələcəkdə Qəzzaya nəzarəti tez bir zamanda ələ keçirməsinə imkan verə biləcəyindən qorxurlar”.