ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.
Onun sözlərinə görə, tərəflər Ukrayna ilə bağlı hərbi yardımın artırılmasının zəruriliyini müzakirə ediblər.
Tərəflər həmçinin Suriyadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.