Son xəbərlər

 

2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə təsdiq olundu.

Büdcə layihəsinin ilkin versiyasında gələn il büdcə xərclərinin 320.5 milyon manatının və yaxud 0.8 faizinin Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşməsi nəzərdə tutulub. Bu 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4.8 faiz azdır. Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 343.3 milyon manatı və yaxud 0.9 faizi Naxçıvan büdcəsinə verilən dotasiya kimi nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 24.2 faiz azdır.

Axar.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, büdcə layihəsinin yekun sənədində isə dotasiya 34 milyon 816 min manat azaldılaraq 285 milyon 713 min manat nəzərdə tutuldu:

"Son sənəddə dövlət büdcəsindən Naxçıvana ödəniləcək dotasiyanın məbləğinin azaldılması iki səbəblə bağlıdır: Naxçıvanda energetika və su ehtiyatları qurumlarının funksiyalarının mərkəzə ötürülməsi və ikinci istiqamət üzrə dotasiyanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində tədbirlərin maliyyə təminatına sərf olunmasının nəzərdə tutulması".

Deputat qeyd edib ki, bütövlükdə isə son illər dövlət büdcəsindən Naxçıvana dotasiya məbləğinin azaldılmasının səbəbi bu bölgəmizdə aparılan struktur islahatları və daxili maliyyə mənbələrinin genişlənməsidir:

"Eyni zamanda, vəsaitlərin xərclənməsində səmərəliliyin və şəffaflığın gücləndirməsi də dövlət büdcəsindən dotasiya tələbini azaldır. Bir tərəfdən Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, digər tərəfdən dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib. Bu, son illər vəsaitlərdən istifadədə səmərəliliyin artması nəticəsində dotasiyaya tələbin azalmasında özünü göstərir. Bu baxımdan Muxtar Respublikanın iqtisadiyyatı daha da gücləndikcə dövlət büdcəsindən ödənilən dotasiyaların məbləğlərində azalmalar davam edəcək".

17 Dekabr 2024 Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
17 Dekabr 2024 Pezeşkian etiraz etdi: Etniklər arasında ədavətin səbəbi...
17 Dekabr 2024 Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı
17 Dekabr 2024 Azərbaycan onların daim hədəfindədir - İsmayılov
17 Dekabr 2024 Rusiyada spirtli içkinin hədiyyə verilməsi qadağan edilə bilər
17 Dekabr 2024 Alimlər kartofun təhlükəli xüsusiyyətlərini aşkar ediblər
17 Dekabr 2024 Salatın Əsgərova kimdir? – Əbədi olaraq 30 yaşında qalan şəhid jurnalist
17 Dekabr 2024 İmmunitet və beyin üçün - 5 faydalı çay
16 Dekabr 2024 Bakıda pişik marketdə toyuqları yedi - VİDEO
16 Dekabr 2024 Hərbi xidmətə çağırış yaşı niyə azaldılıb? – Komitə sədri
16 Dekabr 2024 Banan yeyəndən sonra bunu etməyin
16 Dekabr 2024 Akılbek Japarov vəzifəsindən azad edildi
16 Dekabr 2024 Daha 60 il itirmək istəmirik - Fəxrəddin Altun
14 Dekabr 2024 Kolerov: Ədalətli olun, onlar Bakının nəyinə lazımdır?
14 Dekabr 2024 Gülər ingilis həmkarı ilə Suriyanı müzakirə etdi
14 Dekabr 2024 Türkiyənin Suriyadakı səfirliyi açıldı - Foto
14 Dekabr 2024 Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur
14 Dekabr 2024 Sisi Sallivanı qəbul etdi: Girov müzakirəsi...
14 Dekabr 2024 Türkiyə səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı
14 Dekabr 2024 Yeni il hədiyyələrindəki rəngarəng təhlükə - Körpələrimizi necə qoruyaq?
14 Dekabr 2024 Ən dadlı resept - İslaq limonlu keks
14 Dekabr 2024 Azərbaycanda 20 yaşlı gəncə 18 il həbs verildi
14 Dekabr 2024 Pol Riçard Qallaqer Azərbaycana gəldi
14 Dekabr 2024 15 gün sonra Tiflisdə ağrılı proses olacaq
14 Dekabr 2024 Blinken İraqdan xahiş etdi: İran zəifləyib, buna icazə vermə!
13 Dekabr 2024 Prezident Sarayını tərk etməyəcəyəm - Zurabişvili
13 Dekabr 2024 Xaricə gedən azərbaycanlıların sayı açıqlandı
13 Dekabr 2024 Blinken gözlənilmədən Türkiyədən İraqa getdi
13 Dekabr 2024 Bəşər Əsədin talan edilmiş malikanəsi - Video
13 Dekabr 2024 Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev