Son xəbərlər

 

Milli.Az xəbər verir ki, lent.az "Bioqrafiya" rubrikasında Azərbaycanın ilk qadın Milli Qəhrəmanı, mərhum jurnalist Salatın Əsgərova barədə məlumat verir.

-  Salatın Əsgərova harada və nə zaman anadan olub?

Salatın Əsgərova 1961-ci ilin 16 dekabrında Bakı şəhərində ziyalı ailəsində anadan olub.
 
- Salatın Əsgərova harada təhsil alıb?

1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur, 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alır. Ancaq Salatın Əsgərova jurnalistika sahəsi ilə maraqlanırdı. Başqa bir ixtisası bitirsə də, sevdiyi sahəyə olan maraq onun həmin istiqamətə getməsinə səbəb olur. 

- Salatın Əsgərova ailəli idi?

Bəli. Ailəli idi, Ceyhun adlı oğlu var.

- Salatın Əsgərovanın jurnalistika fəaliyyəti necə başlayıb?

Salatın Əsgərova 1984-cü ildə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayır. İşlədiyi dövrdə bir çox məqalələr yazır. Həmin dövrlərdə Azərbaycan və Ermənistan arasında problemlər başlayır. Erməni tərəfi ölkəmizə qarşı təxribatlar törədir, torpaq iddiaları qaldırırlar. Salatın Əsgərova isə yazdığı məqalələrdə bu mövzulara xüsusilə toxunurdu. Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması ilə Salatın Əsgərova döyüş bölgələrindən, qaynar nöqtələrdən xəbərlər, məqalələr hazırlayaraq yayımlamaq qərarına gəlir. Çünki digər azərbaycanlılar kimi o da düşmən təxribatlarından çox təsirlənmişdi. Salatın Əsgərova cəbhə bölgəsinə gedərək, baş verən hadisələri ictimaiyyətə çatdırmaq istəyirdi. Ancaq ailəsi ona cəbhə xəttinin təhlükəli olduğunu deyərək, getməsi ilə razılaşmırlar. Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov həmin anları belə xatırlayır:
"Anam həmişə Qarabağa gedəndə məni babamgilin yanına qoyurdu. Babam onun getməsini istəmirdi. Hər dəfə, "Sonuncu dəfə gedirəm", - deyə hamını razı salırdı. Həmin vaxt babam təkidlə, "Bu sonuncu dəfədir", - deyib razılaşdı. Anam da söz verib getdi, bu, həqiqətən də sonuncu gedişi oldu".

- Salatın Əsgərova hansı şəraitdə həlak olub?

Salatın Əsgərovanın sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omonçular" yazısı olub. O, "Molodyoj Azerbaydjana" qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında azərbaycanlı döyüşçülərin igidliyindən danışır, həm də, imperiyanı sərt tənqid edirdi. Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçına gedir. Orada döyüşən Azərbaycan hərbçiləri ilə görüşür, müsahibələr götürür. Həmin vaxtlarda döyüşən rayon sakinlərindən Əbülfət Məhərrəmov Salatın Əsgərova barədə belə bir xatirəsini danışır:
"Bizimlə söhbət etdi, sonra çiynimdəki avtomata baxdı. Atəş açmaq üçün icazə istədi. Uşaqlar yaxınlıqda hədəf qurdular. Salatın avtomatı götürüb atəş açdı, sonra məqalənin yaxın günlərdə dərc ediləcəyinə və müsahibələrin radioda yayımlanacağına söz verərək bizdən uzaqlaşdı".
Salatın Əsgərova 1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Qarabağa Oleq Larionovun yanına getmək qərarına gəlir. Batalyon komandiri polkovnik-leytenant Oleq Larionov sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini düşmənin hücumlarından qorumuşdu. Buna görə də, onlar Larionovun başına pul mükafatı qoymuşdular. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleqlə görüşür. 1991-ci il yanvarın 9-u onlar daha bir neçə hərbçi ilə birgə eyni avtomobildə hərəkət edərkən erməni silahlılarının pusqusuna düşürlər.
Yevlax-Laçın yolunun 141-ci km-də Qaladərəsi kəndi yaxınlığında, Salatın Əsgərovanın olduğu avtomobil atəşə tutulur. İki istiqamətdən açılan atəş nəticəsində avtomobilə 113 güllə tuş gəlir. Avtomobildə olan mayor İqor İvanov yerindəcə vəfat edir. Polkovnik-leytenant Oleq Larionov isə erməni əsgərlərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq, maşından yerə düşə bilir, yolu keçib düşməndən xeyli uzaqlaşaraq, gülləsi bitənə qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və qarşı tərəf ona yaxınlaşıb güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər və güllələrdən biri onun gicgahına dəyir.
Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasının şəhid edildiyini belə xatırlayır:
"Yanvarın 9-da bu xəbər gələndə mənə deməmişdilər. Əlimə qəzet keçdi, üzərində anamın şəkli var idi. Bunu görüb, "Ana axı hələ gəlməyib, məqaləsi niyə çıxıb?" - deyə səbəbini soruşdum. Bir müddət sonra artıq məsələnin nə yerdə olduğunu anladım".

-  Salatın Əsgərovanı qətlə yetirən erməni  terrorçular cəzalandırıldı?

Laçın Rayon Daxili İşlər Şöbəsinin əməkdaşı, Milli Qəhrəman (ölümündən sonra) İsrafil Şahverdiyev Salatın Əsgərova və digər hərbçiləri qətlə yetirən erməni silahlılarının tutulması üçün cinayət işi açır. Nəticədə, onları qətlə yetirən Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs edilir. 1993-cü ildə onlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də Ermənistana təhvil verilir.

-   Salatın Əsgərova harada dəfn edilib?

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. 

- Salatın Əsgərovaya igidliyinə görə hansı mükafatlar verilib?

Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri onun adını daşıyır. Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 294 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

17 Dekabr 2024 Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
17 Dekabr 2024 Pezeşkian etiraz etdi: Etniklər arasında ədavətin səbəbi...
17 Dekabr 2024 Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı
17 Dekabr 2024 Azərbaycan onların daim hədəfindədir - İsmayılov
17 Dekabr 2024 Dövlət büdcəsindən Naxçıvana verilən pullar niyə azaldılır?
17 Dekabr 2024 Rusiyada spirtli içkinin hədiyyə verilməsi qadağan edilə bilər
17 Dekabr 2024 Alimlər kartofun təhlükəli xüsusiyyətlərini aşkar ediblər
17 Dekabr 2024 İmmunitet və beyin üçün - 5 faydalı çay
16 Dekabr 2024 Bakıda pişik marketdə toyuqları yedi - VİDEO
16 Dekabr 2024 Hərbi xidmətə çağırış yaşı niyə azaldılıb? – Komitə sədri
16 Dekabr 2024 Banan yeyəndən sonra bunu etməyin
16 Dekabr 2024 Akılbek Japarov vəzifəsindən azad edildi
16 Dekabr 2024 Daha 60 il itirmək istəmirik - Fəxrəddin Altun
14 Dekabr 2024 Kolerov: Ədalətli olun, onlar Bakının nəyinə lazımdır?
14 Dekabr 2024 Gülər ingilis həmkarı ilə Suriyanı müzakirə etdi
14 Dekabr 2024 Türkiyənin Suriyadakı səfirliyi açıldı - Foto
14 Dekabr 2024 Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur
14 Dekabr 2024 Sisi Sallivanı qəbul etdi: Girov müzakirəsi...
14 Dekabr 2024 Türkiyə səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı
14 Dekabr 2024 Yeni il hədiyyələrindəki rəngarəng təhlükə - Körpələrimizi necə qoruyaq?
14 Dekabr 2024 Ən dadlı resept - İslaq limonlu keks
14 Dekabr 2024 Azərbaycanda 20 yaşlı gəncə 18 il həbs verildi
14 Dekabr 2024 Pol Riçard Qallaqer Azərbaycana gəldi
14 Dekabr 2024 15 gün sonra Tiflisdə ağrılı proses olacaq
14 Dekabr 2024 Blinken İraqdan xahiş etdi: İran zəifləyib, buna icazə vermə!
13 Dekabr 2024 Prezident Sarayını tərk etməyəcəyəm - Zurabişvili
13 Dekabr 2024 Xaricə gedən azərbaycanlıların sayı açıqlandı
13 Dekabr 2024 Blinken gözlənilmədən Türkiyədən İraqa getdi
13 Dekabr 2024 Bəşər Əsədin talan edilmiş malikanəsi - Video
13 Dekabr 2024 Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev