HƏMAS girovluqda olan İsrail vətəndaşlarını yanvarın 20-nə kimi azad etməsə, ciddi nəticələri olacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib.
“Mən xəbərdarlıq etdim ki, həmin tarixə qədər girovlar evlərinə qaytarılmasa, cəhənnəm qopacaq”, - o bildirib.
Bu ifadənin konkret nə demək olduğu ilə bağlı sualı isə Tramp belə cavablandırıb:
“Onlar bunun nə demək olduğunu özləri başa düşməlidirlər. Burada xoş bir şey olmayacaq”.