Avropa Birliyi 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu AB-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
“Ukraynaya maliyyə dəstəyi vermək öhdəliyimiz qalır. 2025-ci ildə AB Ukraynaya təxminən 30 milyard avro məbləğində dəstək verəcək. Yardımın 12.5 milyardı Avropa Fondundan, 18.1 milyardı isə Rusiyanın dondurulmuş aktivlərindən veriləcək”, - nümayəndə bildirib.