Gürcüstanın Baş naziri İrakli Kobaxidze Mixail Kavelaşvilinin mənəvi və psixoloji baxımdan sabit lider olduğunu bəyan edib.
Axar.az xəbər verir ki, bunu "Gürcüstan xəbərləri" yazıb.
“Artıq 20 ildən çoxdur ki, Gürcüstanın vətənpərvər, mənəvi və psixoloji baxımdan sabit prezidenti olmayıb. Mixail Kavelaşvilinin prezidentliyi ölkəmiz üçün dönüş nöqtəsi olacaq”, – deyə Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, son 20 il ərzində düşmən xarici qüvvələr prezident institutundan ölkə cəmiyyətini parçalamaq və konstitusiya quruluşunu zəiflətmək məqsədilə istifadə edib.
Kobaxidzenin sözlərinə görə, Kavelaşvilinin prezident seçilməsi bu tendensiyanın sonu olacaq.
Qeyd edək ki, bu gün Mixail Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.