ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp dekabrın 7-də Parisə səfər edəcək və burada Notr-Dam kilsəsinin rekonstruksiyasından sonra açılış mərasimində iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Şənbə günü möhtəşəm, tarixi Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə, Fransaya səfər edəcəyimi elan etməkdən şərəf duyuram. Hər kəs üçün xüsusi bir gün olacaq”, - Tramp bildirib.