İranın İraqdakı özünə bağlı qüvvələri Suriyaya göndərməsi bölgədə yaranmış vəziyyəti daha da gərginləşdirəcək.

Bəlli oldu ki, Suriyadakı İran, Rusiya və Hizbullah qüvvələri bu məsələdə Əsəd rejimini müdafiə etməkdə acizdir. Hələbin bu qədər rahat şəkildə ələ keçirilməsi rejim, Rusiya, İran, Hizbullah qüvvələrinin və onun müttəfiqi olan digərlərinin nə qədər zəif olduğunu göstərir. Əsəd hökuməti üsyançıların əlindən Hələb şəhərini Rusiya aviasiyasının, İran və Hizbullah qüvvələrinin, o cümlədən digər şiə qruplaşmaların dəstəyi ilə 4 ilə almışdı. İndi isə bir neçə günə İdlib və Hələbi tamamilə, Həmanın isə yarısını itirib.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Suriyada davam edən gərginliyi şərh edərkən deyib.

O bildirib ki, hazırda Xüms şəhərində və Həmanın digər ərazilərində üsyanların başladığı müşahidə olunur:

“Bəşər Əsəd bu hücumlar qarşısında özünü müdafiə edə bilmir. Nəticədə də müttəfiqlərinə müraciət edib. İraq və İran kömək göndərəcəyini bildirib. Aydındır ki, Rusiya indiki halda ancaq aviasiya dəstəyi göstərə bilər. Hizbullah da İsraillə müharibədə ciddi itkilər verdiyi üçün lazımi yardımı edə bilmir. İran artıq İraqdakı Həşdi-Şabi (Həşd əş-Şabi) qüvvələrini ora yönəldib. İsraillə atəşkəsdən sonra Hizbullahın da qüvvələri ora yönəldiləcək. Bu isə vəziyyəti daha da qəlizləşdirə bilər. Çünki “Heyət Təhrir əş-Şam”ı (HTŞ) da dəstəkləyən ölkələr mövcuddur. Bunlara Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə bağlı qruplaşmaları aid edə bilərik”.

Onun fikrincə, İsrail və ABŞ-a yaxın qüvvələri də nəzərə almaq lazımdır:

“Belə olan təqdirdə faktiki olaraq Suriya müharibəsi HTŞ-Əsəd rejimi müharibəsi olmaqdan çıxaraq, regional müharibəyə çevrilir. Onsuz da İran və Rusiya Hizbullahla birgə orada aktiv idi. Artıq yeni qruplaşmalar göndərilir. Buna region ölkələrinin reaksiyası maraqlı olacaq. HTŞ İdlib ərazisinə - Türkiyəyə yaxın münaqişə zonasına hücum eləsə də, Türkiyə rəsmi olaraq bu hücumlarda əlaqəsi olmadığını, Astana razılaşmasına hələ də sadiq qaldığını bildirir. Türkiyənin Afrin ətrafı, Tel-Rıfat, Menbiçə doğru yerüstü əməliyyatı vardı. Bu hücumlar Türkiyənin PKK/PYD-yə qarşı aktiv əməliyyatlarına da əngəl törədə bilər. Bu baxımdan, Türkiyənin mövqeyi çox əhəmiyyətli olacaq”.

Politoloq bu münaqişə çərçivəsində İran və Türkiyənin koordinasiyalı olması gərəkdiyini vurğulayıb:

“Türkiyə dəstəkli qruplara qarşı İran dəstəkli qruplar müharibəyə girərsə, burada regional olaraq həm də Türkiyə-İran, yaxud paralel olaraq Türkiyə-Rusiya qarşıdurması yarana bilər. İsrail və ABŞ dəstəkli qruplaşmaların hücum etməsi də mümkün variantlardandır. Bu baxımdan Türkiyə ilə ortaq məxrəcə gəlmək vacibdir. Təsadüfi deyil ki, İran XİN başçısı hadisələr başlayan kimi Türkiyə ilə əlaqə saxladı. O, əvvəlcə Suriyaya, oradan da Türkiyəyə səfər edib. Böyük ehtimal, Türkiyəyə bağlı qruplaşmalar HTŞ-də çox aktiv deyilsə, rəsmi Ankara özünə lazım olan şərtlərlə hansısa şəkildə bu qruplaşmaya dəstəyi tamamilə azalda və onlara qarşı mübarizə apara bilər. Türkiyənin istəyi Əsəd rejimini razılaşmaya cəlb eləmək idi. Əsəd hökuməti, hətta Rusiyanın vasitəçiliyinə baxmayaraq, Türkiyə ilə razılaşmaya getmək istəmirdi. İndi isə Türkiyənin şərtlərini qəbul etməyə məcburdur. Hətta Suriya anlaşmaq üçün Türkiyəyə təhlükəsizlik xidmətindən ibarət qrupu artıq göndərib. Türkiyə böyük ehtimal Tel-Rıfatı, Menbiçi nəzarətə götürmək, PKK/PYD-yə qarşı Əsəd rejimi və İranı cəlb etmək istəyəcək. Düşünürəm, bu şərtlər daxilində Türkiyə ilə əməkdaşlıq ola bilər. Əks halda İranın bu dərəcədə aktiv müharibəyə qoşulması sonda Türkiyə ilə arasında gərginliyə səbəb ola bilər. Türkiyə ilə hansısa şəkildə bir razılıq olsa, o zaman İsrail və ABŞ dəstəkli qruplara qarşı Türkiyə-İran-Rusiya əməkdaşlığının yeni mərhələsini görə bilərik”.

04 Dekabr 2024 Afrikada naməlum virusdan 100-dən çox adam ölüb
04 Dekabr 2024 Bu, atəşkəsdir, müharibə bitməyib - Netanyahu
04 Dekabr 2024 İsraildə azan qadağan edildi
04 Dekabr 2024 Hindistan Rusiya hərbi texnikasından imtina edir
03 Dekabr 2024 Seula hərbi texnika yeridildi, toqquşmalar başladı - Video
03 Dekabr 2024 Məşhur pivə şirkəti rekord məbləğə SATILDI
03 Dekabr 2024 Məşhur “qanuni oğru” "tac"ından imtina etdi
03 Dekabr 2024 Gürcüstan Patriarxlığı Zurabişviliyə xəbərdarlıq etdi
03 Dekabr 2024 Bu ölkə Zurabişviliyə sığınacaq təklif etdi
03 Dekabr 2024 Azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başladı
03 Dekabr 2024 Çin Trampın təhdidlərinə cavab verdi
03 Dekabr 2024 Məhkəmə Zurabişvilinin iddiasını qəbul etmədi
03 Dekabr 2024 Ərdoğan Sudani ilə Suriyanı müzakirə etdi
03 Dekabr 2024 Abbas Arakçı Rusiyaya gedir
03 Dekabr 2024 Hicab qanununu icra etmək mümkün deyil - Pezeşkian
03 Dekabr 2024 İvanişvili gürcüləri qorxutmağa çalışdı, amma alınmadı...
03 Dekabr 2024 Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər...
03 Dekabr 2024 Hələbdə internetin fəaliyyəti dayandırılır
03 Dekabr 2024 Kostanyan BMT tribunasından faşist Njdeni müdafiə etdi
03 Dekabr 2024 Suriyadakı vəziyyətin günahkarı bu iki ölkədir - ABŞ
03 Dekabr 2024 "Neftçi" 2800 manat cərimələndi
03 Dekabr 2024 Kiyevin NATO-ya qəbulu Rusiya üçün təhlükədir - Peskov
03 Dekabr 2024 Tramp bu tarixdə Fransaya gələcək
03 Dekabr 2024 Gürcü Arzusu “gürcü seçimi” ilə üz-üzə
03 Dekabr 2024 NATO “Oreşnik”i müzakirə edəcək - Rutte
03 Dekabr 2024 Rusiya gəmilərini Suriyadan çıxarır
03 Dekabr 2024 Famil Xəlil ev dustaqlığına buraxıldı
03 Dekabr 2024 Rusiya Əsədə hərbi yardımdan imtina etdi: Vəziyyət pisdir
03 Dekabr 2024 Rusiya ilə əlaqə kanalı aktivləşdirilib - Pentaqon
03 Dekabr 2024 Mağazaya girən ayı 3 gün sonra tapıldı - FOTO