BMT Baş katibi Antonio Quterreş Kazanda keçirilən BRİKS sammitində iştirak etdiyi üçün Ukrayna Prezidenti Vladimir Zelenski onun Kiyevə səfərini rədd edib.
Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Zelenskinin administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.
“Kazandan sonra Quterreş Kiyevə getmək istəyib, lakin Zelenski bu səfəri təsdiq etməyib. Ona görə də Quterreş Ukraynada olmayacaq”, - məlumatda qeyd olunub.