Ermənistanda Avropa Birliyi ilə viza rejiminin liberallaşdırılması üzrə işi əlaqələndirmək üçün işçi qrup yaradılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan qərar imzalayıb.
İşçi qrupu Ermənistan və AB arasında sazişlərin icrasına cavabdeh olan qurumlararası komissiyanın nəzdində yaradılıb. Qrupa Mger Qriqoryan özü rəhbərlik edəcək.