Bildirmək istəyirəm ki, Zelenski və Baş katibin uyğun zamanda görüşünü təmin etmək üçün son günə qədər çalışırıq.
Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Ukrayna Prezidenti Vladimir Zelenskinin BMT Baş katibi Antonio Quterrişin ölkəyə səfər etmək istəyini rədd etməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
O, baş katibin Ukraynaya səfər edəcəyini və bununla bağlı Zelenskinin Ofisi ilə tarix dəqiqləşdirilməsi üzərində iş aparıldığını vurğulayıb.
Qeyd edək ki, daha öncə yayılan xəbərə görə, BMT Baş katibi Antonio Quterreş Kazanda keçirilən BRİKS sammitində iştirak etdiyi üçün Ukrayna Prezidenti Vladimir Zelenski onun Kiyevə səfərini rədd edib.