Türkiyənin 31 vilayətində PKK/KCK - PYD/YPG-yə qarşı “Gürz-20” əməliyyatları keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikqaya sosial media hesabında bildirib.
O qeyd edib ki, əməliyyatlar çərçivəsində terror təşkilatının 176 üzvü saxlanılıb.
Nazir həmçinin əməliyyatlar zamanı çox sayda qanunsuz tapança, ov tüfəngi, narkotik maddə, təşkilati sənədlər və rəqəmsal materialların da ələ keçirildiyini deyib.
Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın binasında törədilən terror aktından sonra Türkiyə təhlükəsizlik qüvvələri PKK-ya qarşı əməliyyatları daha da genişləndirib.