Belarus prezident seçkilərinə hazırdır və seçki prosesi zamanı qarşılaşa biləcəyi istənilən təxribat və müdaxilələrə cavab verə biləcək.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “İzvestiya” qəzetinə müsahibəsində deyib.
O, hansısa təxribatın olmasını istisna etməyib.
“Amma 2020-ci il seçkilərindən sonrakı kütləvi etirazlar daha olmayacaq. Biz buna imkan verməyəcəyik, çünki bunu kimin etdiyini bilirik”, - A.Lukaşenko bildirib.