13:45
Ötən gün TUSAŞ-da meydana gələn terror hücumunda məhv edilən PKK üzvlərindən birinin şəxsiyyəti bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Teraktı törədənin PKK üzvü, “Rojger” kod adlı Əli Örək olduğu təsdiqlənib.
Məhv edilən qadın terrorçunun şəxsiyyəti isə hələ açıqlanmayıb.
***
TUSAŞ-a terror hücumu zamanı məhv edilən qadın terrorçunun da kimliyi bəlli olub.
Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
O bildirib ki, terror aktı törədən qadın PKK üzvü Minə Sevjin Alçiçək olub.