Rusiyanın cənubunda yerləşən Rostov-Don şəhərində Atom Elektrik Stansiyasında buxar sızması baş verib.
Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, dərhal bölgədə fövqəladə vəziyyət elan edilib və elektrik stansiyasının daxilində təhlükəsizlik tədbirlərinə başlanılıb.
Buxar sızmasının ətraf mühit üçün təhlükə yaratmadığı və elektrik stansiyasının ətrafındakı yoxlamalardan sonra radiasiya səviyyəsinin normal olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.