"Salamnyus” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Axar.az Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə Cinayət Məcəlsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin gedişində Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə Respublikası vətəndaşı Hüseyn Abdulqani oğlu Kefsiz dindirilib. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək Mətləb Bağırovu şəxsən tanımasa da, xarici ölkədə fəaliyyət göstərən Nedim Kaya adlı tanışının xahişi ilə Mətləb Bağırova üçüncü ölkələrdən tanımadığı şəxslər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərini 2022-2023-cü illər ərzində hissə-hissə olmaqla onun Bakı şəhərində olan nümayəndələri Fərid, Ramiq və adlarını xatırlamadığı digər şəxslərə şəxsən verdiyini, sonuncu dəfə 2023-cü ilin yanvar ayında xaricdən Mətləb Bağırov üçün göndərilən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini Nərimanov rayonu ərazisində sonuncunun nümayəndəsi Fərid adlı şəxsə verdiyini bildirib.

Dövlət ittihamçısının, "Əgər həmin pul qanunsuz deyildisə, niyə Bakıda kiməsə çatdırmaq üçün sizə verirdilər, həmin adam özü çatdıra bilməzdimi" - sualına cavab olaraq şahid deyib ki, pulu xarici ölkədən göndərən şəxsi uzun müddətdir tanıyır və onun dostudur. Şahid qeyd edib ki, dostunun niyə pulu çatdırmaq üçün onu seçdiyini bilməyib.

Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.

25 Noyabr 2024 Bakıda Monqolustan əti satılır: 13-15 manat
25 Noyabr 2024 Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
25 Noyabr 2024 "Kartdan karta" ilə işləyən daha 258 sahibkar cəzalandırıldı
25 Noyabr 2024 Gürcüstanda hökumət tam tərkibdə istefaya getdi
25 Noyabr 2024 Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
25 Noyabr 2024 Qallant “xilas olmaq üçün” ABŞ-a gedir
25 Noyabr 2024 "Yaşıl büdcə"nin xərcləri açıqlandı - İlk dəfə
25 Noyabr 2024 Azərbaycan bu fondlara 270 milyon ayıracaq
25 Noyabr 2024 Duda Ermənistana gəlir
25 Noyabr 2024 Prokuror türkiyəli iş adamına 13 il cəza tələb etdi
25 Noyabr 2024 Netanyahu bu məşhur qəzetə maliyyəni dayandırdı
25 Noyabr 2024 Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?
25 Noyabr 2024 Bayden Trampa qədər nüvə savaşı başladacaq – Ritterdən şok
25 Noyabr 2024 İlham Əliyevdən Kəlbəcər Günü ilə bağlı paylaşım - Video
25 Noyabr 2024 Ukrayna Napoleondan sonrakı Fransaya bənzəyir - Səfir
22 Noyabr 2024 Baş nazirdən qərar: Əvvəl 3 ay idi, indi...
22 Noyabr 2024 Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
22 Noyabr 2024 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
22 Noyabr 2024 Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
22 Noyabr 2024 162 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb - General
21 Noyabr 2024 Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
21 Noyabr 2024 Azərbaycan XİN Pakistana başsağlığı verdi
21 Noyabr 2024 ÜST rəhbəri xəstəxanaya yerləşdirildi
21 Noyabr 2024 Hersoqdan BCM-nin qərarına reaksiya...
21 Noyabr 2024 Mirzoyan Hofrayterlə sülh prosesini müzakirə etdi
21 Noyabr 2024 İt qadına bir milyon dollar "qazandırdı"
21 Noyabr 2024 Cəbhə xətti çökür: Ukrayna üçün strateji fəlakət...
21 Noyabr 2024 Bu ölkə Ukrayna üçün bazaya çevrilir - Zaxarova
21 Noyabr 2024 COP29-a qarşı çıxdıq: bəs, nə qazandıq? - İrəvandan baxış
21 Noyabr 2024 Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… - Deputat