Bakıda 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək məhkəmədən Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkilləri isə ittihamın məhkəmə dövründə təsdiqini tapmadığı üçün Mehmet Şahan barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Mehmet Şahan da son sözünü deyərək məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş edib.

Proses dekabrın 3-nə təyin edilib. Həmin gün məhkəmədə hökm oxunacaq.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, "Thales İntertational Western Countries B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

25 Noyabr 2024 Bakıda Monqolustan əti satılır: 13-15 manat
25 Noyabr 2024 Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
25 Noyabr 2024 "Kartdan karta" ilə işləyən daha 258 sahibkar cəzalandırıldı
25 Noyabr 2024 Gürcüstanda hökumət tam tərkibdə istefaya getdi
25 Noyabr 2024 Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
25 Noyabr 2024 Qallant “xilas olmaq üçün” ABŞ-a gedir
25 Noyabr 2024 "Yaşıl büdcə"nin xərcləri açıqlandı - İlk dəfə
25 Noyabr 2024 Azərbaycan bu fondlara 270 milyon ayıracaq
25 Noyabr 2024 Bağırovun məhkəməsində "pul daşıyan" Kefsiz dindirildi
25 Noyabr 2024 Duda Ermənistana gəlir
25 Noyabr 2024 Netanyahu bu məşhur qəzetə maliyyəni dayandırdı
25 Noyabr 2024 Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?
25 Noyabr 2024 Bayden Trampa qədər nüvə savaşı başladacaq – Ritterdən şok
25 Noyabr 2024 İlham Əliyevdən Kəlbəcər Günü ilə bağlı paylaşım - Video
25 Noyabr 2024 Ukrayna Napoleondan sonrakı Fransaya bənzəyir - Səfir
22 Noyabr 2024 Baş nazirdən qərar: Əvvəl 3 ay idi, indi...
22 Noyabr 2024 Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
22 Noyabr 2024 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
22 Noyabr 2024 Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
22 Noyabr 2024 162 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb - General
21 Noyabr 2024 Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
21 Noyabr 2024 Azərbaycan XİN Pakistana başsağlığı verdi
21 Noyabr 2024 ÜST rəhbəri xəstəxanaya yerləşdirildi
21 Noyabr 2024 Hersoqdan BCM-nin qərarına reaksiya...
21 Noyabr 2024 Mirzoyan Hofrayterlə sülh prosesini müzakirə etdi
21 Noyabr 2024 İt qadına bir milyon dollar "qazandırdı"
21 Noyabr 2024 Cəbhə xətti çökür: Ukrayna üçün strateji fəlakət...
21 Noyabr 2024 Bu ölkə Ukrayna üçün bazaya çevrilir - Zaxarova
21 Noyabr 2024 COP29-a qarşı çıxdıq: bəs, nə qazandıq? - İrəvandan baxış
21 Noyabr 2024 Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… - Deputat