Çinin şimal-şərqində yeləşən Liaoninq əyalətinin Şenyang şəhərində baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, 33 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Partlayış nəticəsində bir neçə bina və maşın zərər görüb.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
İlkin məlumatlara görə, partlayışa səbəb binalardan birində qaz sızması ola bilər.