ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün "TRUTH Social" şəbəkəsinin açılacağını açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, D.Tramp deyib: "Böyük texnologiyaların zülmünə müqavimət göstərmək üçün TRUTH Social və TMTG (Trump Media & Technology Group) şirkətini yaratdım".
ABŞ-ln keçmiş prezidenti tezliklə "TRUTH sosial şəbəkəsində həqiqəti" dərc edə biləcəyinə görə sevincini ifadə edib:
"Şadam ki, tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşməyə başlayacağam və Böyük Texnologiyalara qarşı mübarizə aparacağam".