Şimali Koreyanın son raket buraxılışı BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrini pozub.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild çıxış edib.
"ABŞ və BMT Təhlükəsizlik Şurasının bir çox üzvü, TŞ-nin bir çox qətnamələrini pozan bu addımı pisləyib. Bu raket sınaqları qanunsuz və qəbuledilməzdir", - Qrinfild qeyd edib.
Qeyd edək ki, bundan öncə Şimali Koreya yaxın mənzilli raketinin sınağını keçirib. Raketin 450 kilometr məsafəni, 60 kilometr hündürlüyü aşdığı bildirilib.