Hazırda həbsdə aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır.
Axar.az xəbər verir ki, bu sözlərini Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib.
“Detallar Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə müzakirə ediləcək. Sabah, yaxud birisigün... Nə zaman xəstəxanaya yerləşdiriləcəyini öyrənəcəyik. Xəstəxanaya yerləşdirilməsi onun aclığı dayandırması anlamına gəlmir”, - deyə həkim bildirib.
Qeyd edək ki, Mixail Saakaşvili Tiflisdə həbs olunduğu gündən - 1 oktyabrdan həbsinə etiraz olaraq aclıq elan edib.