Çin kibersahədə ABŞ üçün başlıca təhlükədir, lakin Rusiyanın bu sahədə imkanlarını qiymətləndirməmək olmaz.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns deyib.
“Yeni texnologiyaların bütün spektrləri üzrə imkanları nəzər alsaq, düşünürəm ki, bu, Çindir. Lakin Rusiya hakimiyyətinin potensialını da qiymətləndirməmək olmaz. Onlar ölkəmizdə siyasi funksionallığa təsir etmək üçün kibersahədə alətlər spektrindən assimetrik və gözəl şəkildə istifadə edir”, - deyə Berns bildirib.
MKİ rəhbəri əlavə edib ki, kiberhücumlara görə dövlətlər deyil, fərdi şəxslər də məsuliyyət daşıya bilər.