Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında illik mətbuat konfransı keçiriləcək.
Axar.az xəbər verir ki, bunu dövlət başçısının sözçüsü Vladimir Peskov deyib.
Qeyd edək ki, belə mətbuat konfransları 2001-ci ildən keçirilir. Bir qayda olaraq dövlət başçısı əvvəlcə iqtisadi və sosal göstəriciləri açıqlayır, sonra isə jurnalistlərin suallarını cavablayır.