İsrail ilə Azərbaycan arasında əlaqələr həqiqətən unikaldır.
Həm xalqlar, həm də dövlətlər arasında çox sıx əməkdaşlıq və dostluq var.
Axar.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
O bildirib ki, bu gün sərgidə İsraili 6 şirkət təmsil edir. Şirkətlər kənd təsərrüfatı, suvarma sistemləri, irriqasiya ilə bağlı, müasir ağıllı şəhərlərlə bağlı bir çox müxtəlif təkliflərlə çıxış edirlər.
“İsrail dövləti və şirkətləri Azərbaycan tərəfindən Qarabağda yenidənqurma işlərinə rəsmi dəvət alıb. Biz istəyirik ki, Qarabağda yaşayan insanlar şirkətlərin köməkliyi ilə texnologiyaların bəhrəsini görə bilsinlər”, - deyə səfir qeyd edib.