Hər gün yoluxma sayının artması bizi də narahat edir.
Fəsil dəyişimində artımın olacağını proqnozlaşdırmışdıq.
Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Nazirlik rəsmisi bildirib ki, sayın artmasına ilk səbəb yumşalma tədbirlərinə gedilməsidir:
“Kütləviliyin artması və soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanlarda insan çoxluğudur. Otağın havası mütəmadi dəyişdirilməsi mütləqdir. Ofislərdə, iş yerlərində müvafiq qaydalara əməl edilməməsi də yoluxma sayının artımına təsir etmiş olur”.
O qeyd edib ki, məktəblərdə uşaqların heç biri peyvənd almayan qrupdur:
“Artım olan kimi insanlar maska taxmağa önəm verir. Vaksinasiya proesinə sürətlə getməliyik. Xəstəxanalarda çarpayı yerinin boş olub-olmaması əsas göstəricilərdən biridir. Başqa vaxt qrip epidemiyası zamanı yoluxma sayı əhəmiyyət daşımırdı. Bir müddətdən sonra əsas olaraq xəstəliyi ağır keçirmək məsələsi gündəmdə olacaq”.