Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Lukoyl”un rəhbəri Vahid Ələkbərovla görüşüb.
Axar.az xəbər verir ki, bu məlumatı TDH agentliyi yayıb. Görüşdə tərəflər Xəzər dənizində layihələrin reallaşdırılmasını müzakirə ediblər. Ələkbərov görüş zamanı “Lukoyl”un Türkmənistandakı fəaliyyəti ilə bağlı Berdiməhəmmədovu məlumatlandırıb. O, Berdiməhəmmədovu əmin edib ki, şirkət bundan sonra öz öhdəliklərinə məsuliyyətlə yanaşacaq.
Qeyd edək ki, bundan öncə Xəzərdəki “Dostluq” yatağının “Lukoyl” tərəfindən işlədiləcəyi haqqında məlumat yayılmışdı.
Bu il yanvarın 21-də Türkmənistan və Azərbaycan arasında 50 milyon ton neft ehtiyatına malik bu yatağın birgə istismarına dair hökumətlərarası memorandum imzalanmışdı.